1974-1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində, Adil İsgəndərovun kursunda təhsil alıb. 1978-1981-ci illərdə Sumqayıt Dövlət Teatrında çalışıb. 1981-ci ildən etibarən Akademik Milli Dram Teatrında çalışır. Aktyorluq fəaliyyəti ilə yanaşı, bir neçə pyes yazıb. İki pyesi 20 yanvar hadisələrindən bəhs edən “At ilinin birinci ayı” adlı pyes Gəncə Teatrında, “Hələ sevirəm deməmişdilər” pyesi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Bəhram Osmanovun rejissorluğu ilə tamaşaya qoyulub. Ramiz müəllim Eduardo de Filipponun “Silindr” əsərini rus dilindən Azərbaycan dilinə tərcümə etmiş, eyni zamanda rejissor kimi tamaşaya qoymuş və bu əsərdə Attillio rolunu ifa edib.
R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. İstedadlı aktyor müxtəlif janrlı filmlərdə (Sizi dünyalar qədər sevirdim -1985 -General Həzi Aslanov, Alman klinikasına şəxsi səfər -1988 – Baba Əliyev, Beşmərtəbəli evin altıncı mərtəbəsi -1996 – Muxtar, Sarı gəlin -1998 –Rasim, “Sui-qəsd” -2004 (rejissor Vadim Ostrovski – Rusiya serialında çeçen komandiri Ramzan Salmanov), Cavid ömrü – 2007- Mir Cəfər Bağırov, Məhkumlar -2007 – mayor, Cavad xan -2008 – Sisianov) müxtəlif səpgili rollara çəkilib.
H.Cavidin "Topal Teymur" (Divanbəy), L.Tolstoyun "Kreyser sonatası"(Musiqi müəllimi), V.Şekspirin "Antoni və Kleopatra"(Antonio), O.Kamalın "Dodaqdan qəlbə"(Kənan bəy), "Yad qızı"(Nihad) və s. maraqlı rollar oynayıb.
Sevimli sənətkarımızı təbrik edirik! Uğurları, yeni rolları, tamaşaçı sevgisi bol olsun!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2