Предыдущая публикация
Eliaga Vahid
Deme Mecnuna deli, belke de Leyla delidir,
Esq olan yerde butun aqilu dana delidir.
Saldi Yusif kimi oz sevgilisin zindane,
Qoydu rusvaligi alemde Zuleyxa, delidir.
Esq zincirinin iftadesi bir men deyilem,
Hevesi-silsileyi-esq ile dunya delidir.
Bir vefasiz gul ucun nalesi dunyani tutub,
Asiqin qelbi kimi bulbuli-seyda, delidir.
Birce Sirin ile Ferhade mezemmet yoxdur,
Vadiyi-esqde Vamiq deli, Ezra delidir.
El goturmez bu qara gozlulerin zulfunden,
Her yeten zenn eleyer Vahidi guya delidir.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 16
O sevdalı çağlar yadındadırmı?-
Bir mən igidiydim, bir də sən gözəl.
Dünyada mənə tay dəli yoxuydu,
Yoxuydu dünyada sənə tən gözəl.
Bəs heç demirsənmi hardadı görən
İpək tellərinə nərgizlər hörən?
Səniydin onlara yaraşıq verən,
Nə çiçək gözəldi, nə çəmən gözəl
Sevgi bir yol gələr adama haqdan,-
Sənin divanənəm elə o vaxtdan.
Gözümə ağ gəlib yola baxmaqdan,
Ürəyə xal düşüb, saça dən, gözəl.
Mən ömür sürmədim – vaxtı uzatdım,
Qırx il sənsizliklə başımı qatdım.
Göynəyə-göynəyə əlliyə çatdım,-
Gülə-gülə ölləm “öl” desən, gözəl.
Gör mən nə saymışam fələk nə sayıb
Dönüb sənə baxmaq sayılar ayıb…
Aradan qırx igid ömrü adlayıb,-
Mən həmən dəliyəm, sən həmən gözəl.
Meni deryalarin qoynuna tulla,
Meni quyularin dibine salla,
Unvansiz, umidsiz sefere yolla
Axi men neyine gereyem senin?
Meni yaddasinin bucagina at,
Meni nifretinin ocagina at,
Meni ezrayilin qucagina at
Axi men neyine gereyem senin?.
Ayaqla yoluna dusen das kimi,
Tale uzuyunden qopan qas kimi,
Sil at yanagindan dusen yas kimi
Axi men neyine gereyem senin?.
Neynim, arzularim toxundu dasa,
Verib sevgilinle indi bas-basa,
Nece isteyirsen, ele de yasa
Axi men neyine gereyem senin?.
Mən bir xəyalpərəst, sən də utancaq,
Əsir ürəyimdən bir qəm rüzgarı.
Min il də beləcə gözlərdim, ancaq
Həyat bağışlamır utancaqları.
Günlər qanad açıb uçur bir, iki
Çox da aldatmasın bizi xoş güman.
Bir gün də ayılıb görəcəyik ki,
Ayrılıq nəğməsi oxuyur zaman.
Sükut qaranlıqdır zülmət nəğməsi,
Susdurub qəlbini durma, danış, din.
Təbəssüm məhəbbət müqəddiməsi
Səpilsin yoluma təbəssümlərin.
Daha xoşbəxtliyim suallar altda,
Özümə güvənə bilmərəm hətta.
Bu zalım dünyada, fani həyatda
Bir daha heç kimə inanmaram mən.
Öyrəndim heç kimə güvənməməyi,
Hamıdan daha çox güvəndiyimdən.
Güvəndim bu dağın hər bir daşına
O isə ömrümün düşdü qışına
Daha bu qar yağan dağın başına
Nə şəfəq düşəcək, nə duman, nə çən.
Öyrəndim heç kimə güvənməməyi,
Hamıdan daha çox güvəndiyimdən.
Çətin ki güvənəm kiməsə bir də,
Necə yuvarladın məni bu dərdə
İndi anlayıram yar olan yerdə
Nəyimə lazımdı ən qatı düşmən?
Öyrəndim heç kimə güvənməməyi,
Hamıdan daha çox güvəndiyimdən.
Bu necə vəfadır məəttəl qaldım,
Belə gənc yaşımda solub-saraldım.
Ən şirin yalanı hədiyyə aldım
Acı həqiqəti diləndiyimdən.
...ЕщёDaha xoşbəxtliyim suallar altda,
Özümə güvənə bilmərəm hətta.
Bu zalım dünyada, fani həyatda
Bir daha heç kimə inanmaram mən.
Öyrəndim heç kimə güvənməməyi,
Hamıdan daha çox güvəndiyimdən.
Güvəndim bu dağın hər bir daşına
O isə ömrümün düşdü qışına
Daha bu qar yağan dağın başına
Nə şəfəq düşəcək, nə duman, nə çən.
Öyrəndim heç kimə güvənməməyi,
Hamıdan daha çox güvəndiyimdən.
Çətin ki güvənəm kiməsə bir də,
Necə yuvarladın məni bu dərdə
İndi anlayıram yar olan yerdə
Nəyimə lazımdı ən qatı düşmən?
Öyrəndim heç kimə güvənməməyi,
Hamıdan daha çox güvəndiyimdən.
Bu necə vəfadır məəttəl qaldım,
Belə gənc yaşımda solub-saraldım.
Ən şirin yalanı hədiyyə aldım
Acı həqiqəti diləndiyimdən.
Öyrəndim heç kimə güvənməməyi,
Hamıdan daha çox güvəndiyimdən.
Toz oldum, daş oldum, düşdüm, itdim ki,
Eyildi, oxşadı yola qeddim ki...
O qeder üstünden keçib-getdim ki,
Bu yola yazığım geldi bu yolda..
Sil alın yazıni,sil, varıydısa,
Bes hanı, bu yolda gül varıydısa?!
Dünyada ne qeder yol varıydısa,
Gelib burdan keçdi, öldü bu yolda!
Yolçusu kim oldu sonda bu yolun,
Gör harda azdırdı seni "soz yolun"..
Bu da ömür yolun, bu da öz yolun,
Ağla di bu yolda...gül di bu yolda!
Sene kicik deyib, kicildirik biz,
Yuku cekisinden agir qarisqa.
Gorduyun isleri gore bilmeyen,
Haqqini tapdayir, fagir qarisqa.
Ne yalan bilirsen, ne qeybet, ne kin,
Uzunun agligi emeyindedir.
Adam var, ayagi, gozu var, lakin,
Elleri ozgenin eteyindedir.
Coxunun pul gordu gozu qamasir,
Sen tamahkar, xain, donuk deyilsen.
Senin ki her isin ozunden asir,
Kim deye biler ki, boyuk deyilsen?