Yenə bu şəhərdə üz-üzə
gəldik,
Neyləyək, ayrıca şəhərimiz
yox.
Bəlkə də, biz xoşbəxt ola
bilərdik
... Bəlkə də, xoşbəxtik,
Xəbərimiz yox.
Aradan nə qədər il keçib
görən,-
Tanıya bilmədim,
məni bağışla
Mən elə bilirdim, sənsiz
ölərəm,
Mən sənsiz ölmədim,
məni bağışla.!
“Ölmədim” deyirəm,
Nə bilim axı,
Bəlkə də, mən sənsiz ölmüşəm
elə,
Qəbirsiz-kəfənsiz
ölmüşəm elə.
Bəlkə də, biz onda
ayrılmasaydıq,
Nə mən indikiydim,
nə sən indiki,
Ayrıldıq, şeytanı güldürdük
onda,
Bu ilin,
bu ayın,
bu günündəki,
Elə bu küçənin bu tinindəki
Məni də, səni də öldürdük
onda.
.....Sağımız-solumuz adamla
dolu,
Qol-qola kişilər, qadınlar
keçir.
Özündən xəbərsiz
ömründə min yol