《ALLAH və mələkləri Peyğəmbərə salavat göndərirlər, ey mömünlər (siz də ) ona salvat və salam göndərin.》
(Əhzab sürəsi, ayə 56)
Quran təfsirçiləri də Peyğəmbərin (s.ə.v) hədislərindən isdifadə edərək,
Əhli-Beyt (ə)-ın kimlərdən ibarət olduğunu müəyyən etdi. Əli, Fatimə, Həsən və Hüseyn (ə) bizlərə tanıdırdılar. Bu ayədə (salavat ayəsində) isə Allah-Təala Peyğəmbər (s.) və onun Əhli-Beytinə (ə) salavat və salam göndərməyi vacib etmişdir. Qeyd edək ki, bu imtiyaz onlardan başqasına heç kimə məxsus deyildir. Bunun vasitəsi ilə Quran onların dəyər və məqamlarnı ucaltmışdı. Əsas məksədə budur ki, xalq onların rəhbərlik ləyaqətinə malik olduqlarını və ümmətin həyatındakı ilahi vəzifələrini yaxşı başa düşsünlər. Fəxri Razi öz təfsirində Peyğəmbərdən (s.) bu mübarək ayənin barəsində rəvayət edilən hədisi bu şəkildə nəqil etmişdir: < Peyğəmbərdən soruşdular: Ey Allahın Peyğəmbəri! Sizə hansı qaydada salavat göndərək? O Həzrət (s.) onların cavabına belə tövsiyə etdi: 《Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma sələytə əla İbrahimə və əla ali İbrahimə və barik Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid.
《Ey Allah! Muhəmməd və onun Əhli-Beytinə salavat və rəhmət göndər, necə ki, İbrahim və onun Əhli-Beytinə salavat və rəhmət göndərdin və Muhəmməd və onun Əhli-Beytinə bərəkət ver, necə ki, İbrahim və onun Əhli-Beytinə bərəkət verdin. Şübhəsiz, sən ibadət olunmuş və böyüksən (ey Allah).》
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев