Ayrılıq günündə ağlama dayan,
Ağlayıb qəlbimi eyləmə türyan,
Sən çox ağlayırsan ürəyim yaman,
Ürəklə ədavət saxlama gözlər,
Baxıb əhvalıma ağlama gözlər.
Ağlayıb dərdimə gülməyəcəksən,
Bir daha göz-gözə gəlməyəcəksən,
Sevdiyin gözləri görməyəcəksən,
Ağlayıb azacıq toxtama gözlər,
Sən mənim halıma ağlama gözlər.
Vaxtında açmadın gözünü neyçin?
İndi ağlayırsan hey için-için,
Məni bu dərdlərə saldığın üçün,
Gözünün içinə ağ dama gözlər,
Sən mənim halıma ağlama gözlər.