İslamı qəbul etmiş fransalı professor Moris Bukay Quranın insan tərəfindən yazılmasının mümkün olmadığını elmi sübutla iddia edir: «Quranın müasir elmin işığında tam şəkildə və qərəzsiz araşdırılması bizlərə bu ikisinin (yəni Quranla elmin) arasında fikir ayrılığının olmamasını sübut edir. Belə bir araşdırmadan məlum olur ki, Məhəmməd (s.ə.)-ın zamanında nə o özü, nə də başqa bir insan müasir elmə uyğun olan bu cür heyrətamiz və qeyri təbii məsələləri yazmağa qadir deyildir.»
Moris Bukayın müsəlman olmasına səbəb onun Fironun cəsədinin üzərində apardığı eksperimenti "Yunis" surəsinin 92-ci ayəsi ilə uyğunlaşdırması olub: «Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni bədəninlə xilas edəcəyik (yəni sənin cansız bədənini sahilə atacağıq). Həqiqətən, insanların çoxusu ayələrimizdən (nişanələrimizdən) qafildir!»
Professorunun mütaliə və araşdırmasına əsasən Tövrat və İncildə Fironun xilası barədə heç bir şey yazılmayıb. Bu tədqiqatdan sonra professorda belə bir sual yaranıb: «Məhəmməd (s.a.)-ın 1000 il əvvəl baş vermiş bir hadisəni bilməsi necə mümkün ola bilər?! Fironun mumiyalanmış bədəni təxminən 200 il əvvəl tapılıb, halbuki müsəlmanların Quranı 1400 il öncə peyda olub.»
Müsəlman olandan sonra Moris Bukayın məcazi mənada işlətdiyi cümlə belə olub: «Məni Firon müsəlman etdi.!»
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев