📜 CÜMƏ GÜNÜNÜN ƏMƏLLƏRİ
🌹 Bil ki, cümə gecəsi və cümə günü həftənin sair günlərindən fəzilət cəhətindən daha üstün olduğu üçün onlardan fərqlənir.
1️⃣ Qüsl:
"Cümə gününün qüslun alıram qürbətən iləllah" niyyəti ilə...vaxtı sübh azanından zöhr azanına, qüsl alınacaq vaxtın qalmasına qədərdir.
İmam Sadiq (ə) buyurub: "Hər kim cümə günü qüsl etsə və bu duanı oxusa, gələn cüməyədək təmiz olar (yəni günahlardan təmizlənər və ya əməllərinin mənəvi paklığı olar və qəbul olunar):
"Şəhadət verirəm ki, Allahdan qeyri ilah yoxdur, yeganədir və şəriki yoxdur. Şəhadət verirəm ki, Muhəmməd Onun bəndəsi və elçisidir. Ey Allahım, Muhəmmədə və Ali-Muhəmmədə salam göndər, mənə tövbə edənlərdən və paklardan et."
2️⃣ Salavat:
"ALLAHUMMƏ SALLİ ƏLA MUHAMMƏDİN VƏ ALİ-MUHAMMƏD VƏ ƏCCIL FƏRƏCƏHUM" ən azı 100 dəfə.
3️⃣ Dırnaqları kəsmək (qısaltmaq).
4️⃣ Dua etmək, Quran oxumaq xüsusən (Duxan, Muminin, Kəhf və Vaqiə) surələrin oxumaq.
5️⃣ Qohumları, dotları, yaxınları və möminləri ziyarət etmək, həmçinin qəbir üstünə gedib ölənləri ziyarət etmək.
6️⃣ Sədəqə vermək:
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Cümə gecə və gündüzü iyirmi dörd saatdır. Allah taala onun hər bir saatında altı yüz min adamı cəhənnəmdən azad edir”.
İmam Baqir (ə) buyurur:
“Cümə günündə yaxşılıq və pisliklər bir neçə bərabər (hesab) olunar”.
7️⃣ Dünya işlərini kənara qoyub günün bir hissəsində dini məsələləri öyrənməklə məşğul ol. Belə ki, İmam Sadiq (ə) buyurub:
"Nifrin olsun o müsəlmana ki, həftə ərzində cümə gününü (günün bir hissəsini) dini məsələlərini öyrənməyə sərf etmir və bu iş üçün digər işlərini kənara qoymur.
Cüməniz mübarək olsun. 😊
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 5
Cumen mubarek olsun..Amin bahem inweallah