﴿إِن َما ٱْل ُم ْؤ ِمنُو َن ٱل ِذی َن َء َءا َمنُواْ بِا َّللِ َو َر ُسوِل ِه ثُ م لَ ْم یَ ْرتَابُواْ َو َجا َه ُدواْ
بِأَ ْم َواِل ِه ْم َوأَنفُ ِس ِه ْم فِي َسبِی ِل ٱاللهِ
ِ
أُ ْولًَ
َك ُه ُم ٱل صاِدقُو َن﴾
"Yalnız Allaha və Onun rəsuluna iman gətirən, şübhəyə düşməyən, malı
və canı ilə Allah yolunda cihad edənlər mömindir. Onlardır (iman
iddiasında) doğruçular."
Həqiqi möminin siması
Qurani-kərimin dörd ayəsi həqiqi möminin simasını təsvir edir:
1. Həqiqi möminlər Allahın adı çəkiləndə qəlbi titrəyənlərdir. Onlara ilahi
ayələr oxunanda imanları artar və yalnız Allaha arxalanarlar.2
2. Həqiqi möminlər Allaha və Onun rəsuluna (s) iman gətirənlərdir. Onlar
Peyğəmbərlə (s) birlikdə olduqda ondan icazəsiz səhnədən çıxmazlar.3
3; 4. Hazırkı surənin 10-cu və 15-ci ayələrində bildirilir ki, möminlər birbirləri ilə qardaşdırlar.
Əgər bu dörd ayəni ardıcıl nəzrdən keçirsək həqiqi möminin siması
aşkarlanar. Quran bu səciyyələrə malik insanları həqiqi mömin sayır.4 Demək,
həqiqi möminlərin Quranda təsdiqlənmiş səciyyələri var: Onların qəlbi var-dövlət
yox, Allah eşqi ilə döyünür, daim təkamüldədirlər, başqalarından umacağları
yoxdur, yalnız Allaha arxalanırlar, nə şərqə, nə də qərbə bağlıdırlar, ilahi rəhbərə
tabedirlər, rəhbərə vəfalıdırlar, özlərini başqalarından üstün saymırlar, hamıyaqardaş gözü ilə baxırlar, imanları möhkəmdir, imanları elm, ağıl, fitrətə əsaslanır,
bildiklərinə əməl etdiklərindən yəqin məqamına çatmışlar, onlar üçün acı və şirin
hadisələr təhlükəli deyil, lazım gələndə öz əqidələri yolunda mallarından və
canlarından keçirlər.
Bildirişlər
1. Quran həm kamillik meyarları göstərir, həm də kamil nümunələr təqdim
edir.
2. Peyğəmbərə (s) iman Allaha imanla yanaşı olmalıdır.
3. Sabitqədəmlik gerçək iman nişanəsidir.
4. İman əməl vasitəsi ilə tanınan batini bir həqiqətdir.
5. Cihadsız iman yalnız bir şuardır. (Kamil iman cana və mala münasibətdə
fədakarlıq tələb edir.)
6. İslamda cihad Allah yolunda aparılmalıdır.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев