Bir zaman çox dua etdim səninçün,
İndiysə dua yox, qarğış edirəm.
Mənə çox ə\ziyyət yaşatdığınçün,
Səni ayaq üstə alqış edirəm...
....
Gecəni sübhəcən yatmayasan sən,
Kaş dişin ağrısın səhərə kimi.
Görüm istəyüvə çatmayasan sən,
Səhər tapmıyasan bir diş həkimi...
...
Girəsən aptekə dərman almağa,
Satıcı sıhv versin dərmanı sənə.
Atasan dərmanı rahat olmağa,
Kaş başqa yerin də ağrısın yenə...
...
Dişinin ağrısı çıxsın yadından,
Qulağın ağrısın, qaşın ağrısın.
Ağrılar dönməsin öz inadından,
Başımı ağrıdan, başın ağrısın...
...
Evə qayıdasan, girib bloka,
Özüvü bir təhər liftə salasan.
Lift beşə çatanda düşəsən şoka,
İşıqlar kəsilsin, liftdə qalasan...
...
Beş dəyqə,on dəyqə hey qışqırasan,
Liftin qapısına təpik vurasan.
Ayaq barmağının üçün qırasan,
Tək ayaq üstündə liftdə durasan...
...
İşıqlar yananda liftdən çıxasan,
Ağlıya-ağlıya yerə dəyəsən.
Bir təhər özünü divara sıxasan,
Beşdəki qonşunun qapısın döyəsən...
...
Qapını üzünə açan olmasın,
Çıxardıb telefonu evi yığasan.
Bu vaxt telefonunda kontur qalmasın,
Zülümlə bir təhər evə çıxasan...
...
Bir ay barmaqların gipsdə qalsın,
Evdə divarlarda tutub gəzəsən.
Məni Allah sənin yadına salıb,
Mənnən bezdiyintək, candan bezəsən...
...
Nəhayət sağalıb, ayağa durub,
Hər bir əməlinə peşman olasan.
Elə həmən gün də mənə zəng vurub,
Bağışla sözünə qurban olasan.............01.04.2017...(İlhamə Abbas Yusifqızı...)
#İlhaməAbbasYusifqızı

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 6