Предыдущая публикация
Neynirəm dünyanın var, dövlətini,
Mənimçün dövlətsən, varsan sevgilim.
Didib parçalaram mən hər çətini,
Çünki, bu ömrümə sən yarsan gülüm...
***
Səninlə dünyanın sultanıyam mən,
Eşqinlə kükrəyən coşğun dənizəm.
Nur saçan günəşəm, dumanam-çənəm,
Dağamsa zirvəmdə qarsan sevgilim...
***
Mənim ürəyimsən, mənim canımsan,
Şanım-şöhrətimsən, adım-sanımsan.
Dünyada ən böyük arzularımsan,
Görən gözlərimdə nursan sevgilim..
***
Inamsan, ümidsən, xoş bir sabaha,
Bundan böyük xoşbəxtlik varmı daha?
Gündə yüz yol şükr edirəm Allaha,
Nə yaxşı dünyada sən varsan gülüm!!!.......(Ramin Nəbioğlu...)
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1
Sənsiz bir baxçada solmuş bir çiçək,
Bülbül ol, gəl mənim nazımı sən çək.
De, necə döyünsün sənsiz bu ürək...?
Sənin sevgin, hər an bil mənə gərək...
...
Mən gözəl deyiləm, adi bir qızam,Yaraşıq aramam, sevgi aramam.
Demirəm məşhuram, mən bir ulduzam,
Sən olmasan, de mən nəyə yararam...?......(Sahil Dəniz...)