Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
“Qəbələ” Topaz Premyer Liqasının XX turunun “İnter”lə oyununun hazırlıqlarına başlayıb.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, XIX turun yanvarın 30-da keçirilən “Kəpəz”lə səfər qarşılaşmasından (0:3) sonra iki günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün Qəbələ şəhər stadionunda hazırlıq keçib.
Məşq prosesi iki hissədən ibarət olub. Roman Qriqorçukun futbolçuları əvvəl fiziki hazırlıq keçib, ardınca toplu çalışmalarla məşq edib. Zədədən sonra hazırlıqlara qatılan Ruslan Abışov fərdi məşqlə kifayətlənib. “Qəbələ” növbəti məşqini sabah keçirəcək. Hazırlıq prosesi günün birinci yarısında baş tutacaq.
Xatırladaq ki, “İnter” – “Qəbələ” oyunu fevralın 7-də keçiriləcək