olmayacaq. Bu xüsusilə qabaqcıl bürclər üçün
etibarlıdır. 2014 də hədəflərinizi reallaşdırmaq üçün
yavaş lakin əmin addımlarla getməniz lazımdır. Bu
addımlar sizi zamanı gəldiyində zirvəyə çatdıracaq.
Digər insanlarla ortaq şəkildə düşünməyi, əməkdaşlıq
etməyi qəbul etməlisiniz. Yenilikçi olmaq üçün güclü
insanlarla təmas qurun. Bu güclü insanlar sizə yeni bir
dünyanın qapısını aça bilərlər. Optimizm, istədiyiniz
qədər azad olma və təkrarlanan işlərdən uzaqlaşma
fürsəti təmin edəcək. Təhsil, xaric, səyahətlər,
ortaqlıqlar və ikili əlaqələr mövzusunda bərəkətli və
müsbət inkişaflar yaşana bilər. Bu il tək yaşayan
Qoçlar uzaqlara gedib yaşamaq istəyə bilər ya da
təhsil məqsədli bir yer dəyişikliyi yaşaya bilərlər.
İdeallarınıza fokuslanmaq sizi həyata yaxınlaşdıracaq,
təhsil və səyahətlə əlaqədar yeni fürsətlər sizi
həyəcanlandıracaq. Yaradıcı mövzularda ortaq bir işə
imza ata bilər, səyahətlər və yeni mədəniyyətlər
mövzusunda hiss və xəyallar əhəmiyyət qazana bilər.
Romantik olaraq həssas olduğunuz bir il, bir əlaqənin
düzəlməsi, müalicə olması ilə əlaqədar irəliləyişlər də
yaşaya bilərsiniz. Yeni iş fürsətləri, səyahətlər, dost
yığıncaqları bu il gündəminizdə olduqca çox yer
tutacaq. Strateji birləşmələr üçün çox möhkəm
çalışmanız lazım gələ bilər. Maliyyə və iş dünyasında
sizi dəstəkləyən insanlar tapacaqsınız. Əsl əhəmiyyətli
irəliləyiş 28 İyuldan sonra sürət qazanacaq.
İlin ilk yarısında həddindən artıq çalışmaq
məcburiyyətində qala bilər, lakin səylərinizin qarşılığını
almaya bilərsiniz. Bu dövr xərclərinizdə artım ola bilər,
bu xərclər daha çox evinizlə əlaqədar mövzularda
görünür. Xüsusilə Fevral ayından sonra pul işləri sürət
qazanacaq, Martın başlarından etibarən qismən daha
yaxşı olacaq. Mart etibarilə müdiriniz, rəisiniz və ya bir
iş yoldaşınızla gərginlik yaşaya bilərsiniz. Mart, Aprel
və May aylarına çox diqqət yetirin. Xərcləriniz üzündən
yaşadığınız mənəvi pozğunluqdan ictimai həyatınızın
rəngliliyi sayəsində xilas ola bilərsiniz. İlin ikinci yarısı
isə iş həyatınız daha da yoluna oturmuş olacaq,
şansınız yeni razılaşmalar üçün sizə gülümsəyir.
Gözləmədiyiniz fürsətlər qarşınıza çıxa bilər. İş
yerinizdə bir müddətdir qeyri müəyyən olan mövzular
nəticələnə bilər. Karieriniz və ictimai statusunuz
mövzusunda gözlənilməz inkişaflar ola bilər. Bu dövrdə
qazancınızda bir artım yaşana bilər. Olduğunuz nöqtə
nə olursa olsun ehtiraslı, dinc, diqqətli və hər vaxt
hədəflərinə çata biləcək olmalısınız. Yenə ilin ikinci
yarısı maaş artımı ya da olduğunuz işdə yüksəlmək
şəklində bir irəliləyiş də ola bilər. İş axtaran və ya
işindən məmnun olmayan Qoçlar bu il sizlər üçün çox
gözəl görünür. İstəklərinizə qovuşacaqsınız.
Sevimli Qoç bürcü 2014 də eşq həyatınız olduqca
rəngli keçəcək yeni eşqlər, ailə qurma düşüncəsi, sizə
çətinlik verən əlaqələri birdən bitirmə kimi inkişaflar
yaşana bilər. Bu il bəziləriniz ailə məsuliyyətini
yüklənərkən, bəzilərinizin də ən böyük düşməni ailə
qurma mövzusunda qərarsızlıq olacaq. Qarşınızdakı
insanın doğru insan olub olmadığı ya da evliliyi
həqiqətən istəyib istəmədiyiniz mövzusu başınızı
qarışdırarkən, bu mövzulardakı qərarsızlığınız
sevgilinizi də narahat edəcək. Davam edən
əlaqələrinizlə əlaqədar təhlil edilməmiş problemlərlə
məşğul olmaq və sevdiyinizlə aranıza məsafə qoymaq
məcburiyyətində qala bilərsiniz. Evlilik planlarınız
birdən rəfə qaldırıla bilər. Bir əlaqə birdən başlayıb
birdən bitə bilər. Bu vəziyyət sizin üçün böyük
dəyişmələrə yol aça bilər. May etibarilə eşq həyatınız
və birə - bir əlaqələriniz canlanmağa başlayacaq.
İctimailik və sevgi ehtiyacınız, qarşı cinslə təmaslarınız
çox müsbətdir. Dost çevrənizdə gözlənilməz inkişaflar
sizi eşq ilə iç içə olmağa da itələyə bilər. Avqustdan
sonra eşq həyatınızda əhəmiyyətli üfüqlərdən bəhs
etmək olar. Olduğunuz mühitlərdə sevgilər sizi gözləyir.
Həyatınızın bir çox sahəsini paylaşa biləcəyiniz, sizi
tamamlayan bir sevgili həyatınıza addım ata bilər. Bu
dövr yoldaşınız və ya sevgiliniz yanınızda olacaq və
sizi xoşbəxt edəcək, xüsusilə maddi mövzularla
əlaqədar köməklərini əsirgəməyəcək. Evliliyi ilə
əlaqədar çətinliklər yaşayan qoçlar bu il problemləriniz
həllə qovuşa bilər. Köhnə incikliklərin və yaraların
yaxşılaşma zamanı, ailənizə daha çox zaman
ayıracaqsınız - bu da əlaqənizə müsbət istiqamətdə
təsir edəcək.
Ailənizdəki fərdlərin sağlamlıq vəziyyəti ilə əlaqədar bir
problem varsa, düzələcək və onların sağlamlıq
problemlərinin maddi məsuliyyətlərini siz yüklənə
bilərsiniz. Yemə və içmə mövzusunda ifrata
qaçmamalısınız. Dost yığıncaqları rejim siyahınızı
unutdura bilər. Avqustdan sonra mədənizi və
bağırsaqlarınızı qorumalısınız. Təzyiq probleminiz
varsa həkim yoxlamalarından keçməlisiniz.
Qabiliyyətlərinizi bilərək özünüzü inkişaf etdirəcək
meditasiya, ruhi fəaliyyətlər və həyat sonrası
mövzulara maraq duymağa başlaya bilər, bu
mövzularda müxtəlif qaynaq kitablar araşdıraraq, daxili
dincliyinizi təmin edəcək işlər içində ola bilərsiniz.
Rahatlamanızı təmin edəcək məkanlarda olmaqdan
zövq alacaqsınız. Yuxu və bəslənmə nizamınıza diqqət
yetirməlisiniz. Hormonal narahatlıqlarla əlaqədar
problemlər ortaya çıxarsa dərhal həkiminizə müraciət
etməlisiniz.
Buğa - 2014 ili Buğalar üçün çox da asan bir il
sayılmaz, lakin səbirli və mülayim olsanız çətinliklərin
öhdəsindən gələ bilərsiniz. Bu il fərqliliklərin,
yeniliklərin ili olacaq. Bu dəyişmələr yaşanarkən çətin
dövrlərin də sizi gözlədiyini unutmayın. Ancaq mübariz
Buğalar bu çətinliklərin öhdəsindən gəlməyi bacaracaq.
Yeni girişəcəkləri işlərdə maddi problemlərlə
qarşılaşmalar ola biləcək. Yeni sərmayələrə
girişmədən əvvəl ehtiyatlı davranmaqda fayda var.
Uşaq sahibi Buğalar uşaqları ilə əlaqədar problemlər
yaşaya bilər. Uşaq sahibi olmağı düşünənlər isə bu il
uşaq sahibi ola bilərsiniz.
2014-cü ildə, iş mühitinizin sürətli bir dəyişiklik keçirə
biləcəyini söyləməliyik. İş üsullarınız, iş yeriniz dəyişə
bilər. Nə olursa olsun Yupiter sizə intellektual dəstəyini
davam etdirəcək. Buna görə daha azad ola bilər və tək
başına iş imkanı da əldə edə bilərsiniz. Sizə xas, daha
müstəqil qərar verib hərəkət edə biləcəyiniz işlər içində
ola bilərsiniz. Bu vaxt fərdi nizamınız, həyat formanız
da dəyişə bilər, bu vəziyyət sağlamlığınıza mənfi təsir
edə bilər. Dieta tətbiq etməyə başlaya bilər, buna gərək
də görə bilərsiniz. Bu il ortaq iş görənləriniz varsa
ortaqlarıyla problemlər yaşaya bilər. Bəzi ortaqlıqlar
bitə bilər. Xüsusilə ilin ikinci yarısı evinizdən və ya
işinizdən ayrıla biləcəyiniz vəya yeni bir işə, yeni bir
evə keçə bilər və ya evinizlə əlaqədar işlərə girişə
bilərsiniz. İyuna qədər olan dövrdə iş, ev və ailənizlə
əlaqədar hərəkətli inkişaflara açıq olacaqsınız. Bunu
ifadə etməkdə fayda vardır: xüsusilə başqa bir şəhərə
köçmək istəyənlər bu istəklərini iyundan sonrakı
dövrdə reallaşdıra bilərlər. Avqust - Sentyabr arası
məsuliyyətlər söz mövzusu olduğunda mübarizə
etməyi unutmayın. Pəs edərək geri çəkilmək,
problemlərdən qaçmaq həll deyil. Oktyabr - Dekabr
arasında xərclərinizə daha yaxşı nəzarət etməyi
bacarmalısınız. Bu dövrdə əlavə xərclər ucbatından
büdcəniz sarsıla bilər və pul sahəsində etibarsızlıq
yaşaya bilərsiniz.
İlin ilk dövrü yeni bir eşq əlaqəsinə girməniz ya da heç
olmasa sizi həyəcanlandıracaq bir eşqbazlığa
başlamanız mümkündür. Ancaq bunun gözəl başlayan
lakin çətinliklə bitəcək olan bir dövr olduğunu
unutmayın. Evli olanlar isə həddindən artıq fədakarlıq
etməkdən vaz keçməlidir. Göstərdiyiniz sevginin
məqbul bir sərhədi olması lazım gəldiğini bilin. May -
İyul tarixləri arasında romantik əlaqələrdə şansınız
bağlı olacaq. Avqust ayında sizin üçün əhəmiyyətli biri
ilə qarşılaşa bilərsiniz. Kişisinizsə bəzi ciddi əlaqələr
qura bilər, qadınsınızsa bir kişidən təklif ala bilərsiniz.
Avqust ayı xüsusilə evli olanlar baxımından
məcburedicidir. Əgər problemlər həll ediləcək kimidirsə
bu tarixdə hər iki tərəfin də oturub həqiqi bir plan
qurmağı lazımdır. Tam tərsinə tərəflərdən biri üçün bu
əlaqə bitmişsə o zaman, qarşı tərəfin məsuliyyətləri
boynuna götürülməli və ondan sonra yeni bir həyata
addım atılmalıdır. Sentyabr Oktyabr arasında eşq
həyatınız ya da evliliyinizlə əlaqədar mövzularda ani
qərarlar verməyin. Gözləmədə qalın. Daha əvvəl
boşanmış və ailə evinə geri dönmüş və ya özünə yeni
bir nizam qurmuş Buğalar üçün də bu dövr bir az çətin
keçə bilər. Dekabr ayında eşqlə əlaqədar
düşüncələrinizi şişirdəcəksiniz. Əgər bu müddətdə eşq
mövzusunda problemləriniz böyüsə və ya bir şeylər
yoluna girmədisə, gerçəklərdən qaçıb başqa şeylərlə
təsəlli tapmaq yerinə əksinə problemlərin üstünə
gedərək özünüzə yeni bir səhifə açmalısınız. Siz
mübarizə edin, olmursa olmur amma heç olmasa bir
səy göstərilmiş olar. Yaşadığınız eşqi romantik olaraq
ələ almaqdansa, məntiqli bir şəkildə hərəkət etmək
daha doğru olacaq.
Sağlamlıq mövzusunda diqqətli olmalı və özünüzə
daha çox vaxt ayırmalısınız. Qatılacağınız
yığıncaqlarda mübahisələrdən uzaq durun və təzyiq
problemlərinizə diqqət yetirin. Mədəniz və həzm
sisteminizlə əlaqədar problemlər ola bilər. Masaj, isti
təbii mühitlər həyatınıza ahəng qata bilər. Özünüzü çox
gümrah hiss etsəniz belə soyuqdəymə və s. növdən
xəstəliklərə məruz qala bilərsiniz. Ayrıca özünüzü
stress altında və çökmüş kimi hiss edə bilərsiniz.
Yanvar - İyul və Noyabr - Dekabr arasında
sağlamlığınıza diqqət yetirin. Bu dövrdə xaricə səyahət
edəcək olanlar xüsusilə hava dəyişməyi ilə əlaqədar
problemlər yaşaya bilər. Ayrıca ürək və təzyiq
problemləri olanlar lazımlı pəhrizlərini etməli və diyetə
başlamamışlarsa bir an əvvəl bu mövzuyla
maraqlanmadırlar.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев