Taleyin, qismətin işinə bir bax,
Məni səhra etdi,sənisə dəniz,
Əlindən gələni etdi bu dünya,
Təki bu həyatda qovuşmayaq biz.
Min illər bax beləcə suya həsrət,
Baxıb sonsuzluga səni gözlədim.
Min illər üstündə bir kölgə olub,
Bil ki,hər addımda səni izlədim.
Nə olsun uzaqdan uzağam sənə,
Bil ki,xəyallarım tək səninlədir.
Səni xəyal etmək yanan qəlbimi,
Kaş bilsən necə də tez sərinlədir...
Yəqin dalğaların könül oxşayır,
Kaş ki,sahilində qaya olaydım.
Sənsə çırpınaraq hər gün sinəmə,
Daşlaşmış qəlbimə yenə dolaydın...
Mənim həsrətimi mələklər duysa,
Bil ki, xiffətindən özünü asar.
O qədər Tanrıdan səni dilədim,
Qorxuram dünyanı bir gün su basar...
Bu bir tapmacadı