Предыдущая публикация
Səni görə-görə ölə bilmərəm,
Hələ nə yaşım var, ölüm gözləsin.
Ölmək istəyərəm, mən o zaman ki,
Məni o dünyada gülüm gözləsin…
Sən varsan, mən varam, Allahımız var,
Onun xatirinə sevmişəm səni.
Allahın yanında əzrail nədi,
Yaradan hələ ki, yaşadır məni…
Qorxma ayrılıqdan, qorxma ölümdən,
Ölüm haqqımızdır, ölə bilərik.
"Ayrılıq" nədir ki, bizə güc gələ,
Onu üç hecaya bölə bilərik…


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев