hər gün
Bu gün o ümidin çırağı söndü
Bir qara kostyumda getmişdi
oğlun
Bir qara tabutda evinə döndü
Daha o yollara baxma anacan
Ana vətən üçün candan keçənin
Anası fəxr edər dərdə bürünməz
Daha o yollara qaranlıq çöküb
Daha o yolların sonu görünməz
Daha o yollara baxma anacan
Öp qanlı paltarın ,hər gün
üzündən
Öpüb göz yaşını silənin gəldi
Qoy yollara baxsın yol gözləyənlər
Sənin o yollardan gələnin gəldi
Daha o yollara baxma anacan
Nə vaxtdı bir qızı gözaltı edib
Bircə qayıdaydı oğlum deyərdin
Evlərin göstərib qohum-qonşuya
Baxıb yollarına gileyləyərdin
Daha o yollara baxma anacan
Sarıl övladının qəbrinə sarıl
Al əziz balanı iki qoluna
Bu millət yolunda vətən yolunda
Bax ər oğlun keçən şərəf yoluna
Daha o yollara baxma anacan


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев