Предыдущая публикация
Gələn getdi, gedən gəldi, gəlmədin.
Ümidlərim, həsrətinlə qocaldı,
Qalan qaldı, ölən öldü, gəlmədin.
Ağıl yorğun, ürək hayda-harayda,
Min bir aya, dözən dözər bir ayda,
Səhər-axşam, ağlamışam, nə fayda?
Sevən sevdi, gülən güldü, gəlmədin!
Həyat məni yıxmaq üçün, güc edir,
Bir yaxşılıq etsə belə, gec edir,
Soruşma ki, mənsiz halın necədir?
Görən gördü, bilən bildi, gəlmədin!
Ürək dözmür həsrətə ağlım çaşıb,
Qara günlər keçmir inadkarlaşıb,
Sən gedəli, zaman da qəddarlaşıb,
Günüm aydı, ayım ildi, gəlmədin,
Gələn getdi, gedən gəldi, Gəlmədin


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев