Предыдущая публикация
( Afaq Şıxlı )
Nə olar, bir dəfə soruş hardayam,
Bəlkə ürəyimdə sözüm var elə?!
Bəlkə çətindəyəm, bəlkə dardayam,
Bəlkə yollarında gözüm var elə?!
Nə olar, bir dəfə soruş necəyəm!
Ağır bir yükdürmü bu iltifatın?
Açılmaz sabaham, soyuq gecəyəm,
Çıxılmaz yoluyam mən bu həyatın...
Sənsə möcüzəsən, gözümün nuru,
Bircə gülüşün də şad edir məni.
Dünəndə buraxıb hirsi, qüruru,
Gəl, ovut qəlbimin incikliyini!
Nə olar, bir dəfə soruş hardayam!
Bəlkə ürəyimdə sözüm var elə?!
Nə olsun yanından uzaqlardayam,
Məni bir sözünlə bəxtiyar elə!


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев