Şirvanın Aşıq Ələsgəri sayılan aşıq Əhməd ilk şerini 3-cü sinifdə oxuyarkən yazmağa başlayıb. O, 1936-cı ildən başlayaraq taxtadan bir saz düzəldib qonum –qonşuda, bayramda məclislərdə çalıb oxuyardı. Aşıq Əhməd 1941-ci ildə müharibəyə getmiş, 1942-ci ildə xəsarət almış və arxa cəbhəyə qaytarılmışdır. Həmin vaxtdan rayon mədəniyyət evində Aşıqlar ansamblına rəhbərlik etmişdir. 300-ə qədər tələbəsi olmuşdur. Aşıq Əhmədin ilk şerlər kitabı ”Sazımın telləri” kitabı 1965 –ci ildə, “Əlləriniz yorulmasın “ adlı kitabı 1980-cı ildə, “İtən sazım” adlı kitabı isə 1995-ci ildə nəşr olunub . 1989-cu ildə Aşıq Əhməd Rüstəmov “Respublikanın Əməkdar mədəniyyət işçisi”Fəxri adına layiq ğörülmüşdür. Aşıq Əhmədin çap olunmamış 100-lərlə şeri, 20-yə yaxın dastanı var. O, Dağlıq Qarabağ hadisələri zamanı bütün cəbhə boyu səngər-səngər gəzmiş, əsgərlər qarşısında konsertlər vermişdir. O, yazıçılar birliyinin üzvü olmuşdur
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев