(1989 – cu və 1999 – cu il əhalinin siyahıyaalınma məlumatlarına əsasən)
Göstəricilər Illər Faizlə Illər Faizlə
1989 1999
Bütün əhali 75362 100.00 92230 100.00
Azərbaycanlılar 73881 98.03 91729 99.46
Ukraynalılar 832 1.10 38 0.04
Ruslar 282 0.37 124 0.13
Türklər 59 0.08 314 0.34
Tatarlar 7 0.01 8 0.01
Talışlar 39 0.05 - 0.00
Ləzgilər 74 0.10 7 0.01
Yəhudilər 2 0.00 - 0.00
Kürdlər - 0.00 - 0.00
Ermənilər 61 0.08 2 0.00
Avarlar 15 0.02 1 0.00
Gürcülər 8 0.01 1 0.00
Udinlər 1 0.00 - 0.00
Saxurlar 4 0.01 - 0.00
Latlar - 0.00 - 0.00
Digər millətlər 97 0.13 6 0.01
Cədvəldən göründüyü kimi həmin vaxtlar rayon ərazisində yaşayan 1 nəfər avar,
1 nəfər udin uçota alınıbsa, deməli ərazidə bütün yaşayanlar ciddi şəkildə uçota alınıbdır.
Şərhə isə ehtiyac yoxdur.
Kürdəmir oykonimi mürəkkəb söz olmaqla iki sözün birləşməsindən əmələ gəlmişdir. Zaqatala rayonunun Verxiyan inzibati ərazi vahidliyində də Kürdəmir adlı kənd mövcuddur. Həmin kənd də Zaqatalanın düzənlik ərazisində yerləşir. Kürdəmir adının Zaqatala rayonuna “gətirilmə” olduğu güman edilir. Zaqatala rayonunun etnik tərkibcə çoxmillətli olmasına baxmayaraq həmin kənddə də bir nəfər də olsun kürd millətindən olan şəxs yaşamır.
1728 – ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində də Kürdəmir adlı kənd qeydə alınmışdır. (bax: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” kitabı, səh.295, Bakı, “Şərq – Qərb mətbəəsi”, 2007 – ci il)
Oykonimin birinci hissəsindəki Kür sözünün çay adı ifadə etdiyi bir çox antik və orta əsr müəlliflərinin əsərlərində də məlumat verilmişdir. Qədim yunan, latın, ərəb, fars, türk, erməni, gürcü mənbələrində Kor, Kur, Kir, Kiri, əl – Kurr, Mtkuari və sair kimi adı çəkilir. Tədqiqatçıların fikrincə “su”, “çay” mənası verən Kür sözü yerli alban (Qafqaz) tayfalarının birinin dilindən götürülmüşdür. Azərbaycanda yaşayan qrızların və buduqların dillərində indi də kur sözü “su, çay” mənasında işlədilir. Türk dillərində isə bu sözün “sürətli, inadkar, güclü” mənaları vardır. “Kitabi Dədə Qorqud dastanlarındakı “Kür qopdu, ərcil qopdu” ifadəsində də kür eyni mənada işlənmişdir. (bax: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” kitabı, səh.295, Bakı, “Şərq – Qərb mətbəəsi”, 2007 – ci il)
Kürdəmirlə bağlı araşdırmalar aparılarkən məlum olmuşdur ki, Kürdəmir 1747 – ci ildə Nadir şahın Azərbaycanda ölümündən sonra yaranan Şirvan xanlığının tərkibində olan Bölükət mahalının kəndlərindən biri olmuşdur. Şirvan xanlığı 1821 – ci ildə 17 mahaldan ibarət idi. Bölükət isə ən böyük mahallardan biri olmaqla müasir Ağsu və Kürdəmir rayonlarının xeyli hissəsini əhatə etmişdir. Bu mahalda oturaq kəndlər maldar obalardan daha çox idi. Kəndlilər taxılçılıq, bağçılıq, baramaçılıqla məşğul olurdu.
Kürdəmir 1821 – ci ildə Bölükət mahalına daxil olan 10 kənddən biri olmuşdur. O zaman Kürdəmirdə 108 ailə yaşayırdı. Bu ailələrin əksəriyyəti rəiyyət idi. Kürdəmir kəndi 1801 – 1825 – ci illərdə Mustafa xanın həyat yoldaşı Fatma bəyimə məxsus olmuşdur. (bax: “Məhəmməd Məhəmmədcəlil, Fariz Xəlilli – Mövlanə İsmayıl Siracəddin Şirvani” kitabı, səh. 24, “Adiloğlu” nəşriyyatı, Bakı – 2003)
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев