Предыдущая публикация
Darıxdığım biri var
Sadəcə uşaq kimi.
Kövrəlib qəmlənirəm
Hər gecə uşaq kimi...
...Gündüz də darıxıram
Gecə də darıxıram.
Gözümün nuru üçün
Necə də darıxıram...
...Darıxdığım biri var
İlin hər fəsilində.
Günəşində, qarında,
Küləyində, selində...
...Darıxıram hər zaman
İsti soyuq bilmədən.
Onu görsəm cənnəti
Yaşayıram ölmədən...
...Darıxdığım biri var
Həm yaxın, həm uzaqkən.
Həm yuxuda olanda
Həm gündüzlər oyaqkən...
...Bunun adı sevgidi
Eşq də desəm yeri var.
Qovuşsaq da deyəcəm
Darıxdığım biri var...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев