Deyirlər keçmişdə, bir oğlan varmış.
Uşaqlıq illəri, nə bəxtiyarmış.
Iki qardaş, iki bacı olublar.
Qayğısız böyüyüb, yaşa dolublar.
Zəhmətkeş, yanımcıl, atayla-ana.
Ömrünü həsr etmiş, övladlarına.
Özləri ac qalıb, susuz qalıblar.
Uşaq nə isdəsə, onu alıblar.
Qayğısız böyüdüb, balalarını.
Allaha ediblər, dualarını.
Övladlar böyüyüb, yaşa dolublar.
Yetkinlik yaşında, cavan olublar.
Indi o zamandan, o andan deyim.
Başda qeyd etdiyim, oğlandan deyim.
Adı Mübarizdir, bu gənc oğlanın.
Qəribə işləri, varmış dünyanın.
Eləki yetkinlik, yaşa yetişdi.
Başına bir qızın, sevdası düşdü.
Qızda onu sevir, düşüb həvəsə.
Dualar etdilər, gəlməsin gözə.
Beləcə vaxt ötdü, zaman dəyişdi.
Mübariz on doqquz, yaşına keçdi.
Sanki arzuları, toxundu daşa.
Kaş heç keçməyəydi, on doqquz yaşa.
Əskərlik vaxtıydı, getməli oldu.
Sevgisi burdaca, bitməli oldu.
Əskərlik nə gözəl, rahat keçirdi.
Ancaq ürəyində, var sevgi dərdi.
Həsrətə-hicrana, tab gələ-gələ.
Artıq tamam oldu, altı ay belə.
Bir səhər yuxudan, erkən oyandı.
Pəncərənin, qabağında dayandı.
Yollara baxırdı, gözləri nəmli.
Nələr düşünürdü, ürəyi qəmli.
Bu yollar gətirmiş, onu qürbətə.
Salmış ayrılığa, qəmə-möhnətə.
Ayrılıq dünyada, ən ağır dərtdi.
Yarımçıq saxladı, hərbi xidməti.
Ürəyi yerindən, qopur az qala.
Xəyala dalaraq, üz tutdu yola.
Gəlib olanları, görüb çaşmışdı.
Sevdiyi özgəylə, nişanlanmışdı.
Görüşüb sağollaşıb, evdə-ailədə.
Kor peşiman qayıtdı, hərbi xidmətə.
Qayıdıb gəlsədə, daha nə fayda?
Elədə etdilər, nə cürdü qayda.
Tutuldu həbs oldu, məhkum olundu.
Dörd il azadlıqdan, məhrum olundu.
Altı aydan sonra, qərar verdilər.
Suçlu əskərləri, əff elədilər.
Azad həyatına, baxanda yazıq.
Sevindi türmədən, çıxanda yazıq.
Ağlına gəlməzdi, olacaq nələr.
Hələ qabaqdadır, bəlalı günlər.
Bir müddət beləcə, gəzib dolandı.
Yenidən xidmətə, birdə yollandı.
Bu dəm qardaşıda, onunla getdi.
Ilahi, olanlar, necə dəhşətdi.
Cəmi dördcə ayın, əskərləriydi.
Bir gün təlimiydi, dərsləriydi.
Kaş açılmayaydı, heç o gün səhər.
Ilahi baş verdi, gör o gün nələr.
Yaxın dostlarının, əlində silah.
Bilmədən açıldı, baş verdi qəza.
Qəfil güllə dəydi, can sirdaşına.
Mübariz iki əlli, döydü başına.
Aman qardaş deyib, haray qopardı.
Naləsi dağların, bağrını yardı.
Fələk öz yazdığı, günə baxırdı.
Yaralı qardaşın, qanı axırdı.
Əlindən nə gəlir? yazıq Mübariz.
Nə cür kömək etsin? qalmışdı aciz.
Beləcə əlindən, getdi qardaşı.
O gündən sel oldu, qanlı göz yaşı.
Gecədə, gündüzdə, hey ağlayırdı.
Qardaşı axtarıb, soraqlayırdı.
Bir il gecə-gündüz, ağladı fəqət.
Qohumlar dillənib, dindi nəhayət.
Birtəhər yazığı, razı saldılar.
Bir el qızı ilə, nişanladılar.
Gözəl toy etdilər, nə cürdü adət.
Qəmlilər heç zaman, olmurki xoşbəxt.
Keçdi xeyli müddət, dəyişdi zaman.
Bir qızı yarandı, həmin nigahdan.
Bu mənim ən şirin, Arzumdur dedi.
Qardaşım, oğlum həm, qızımdı dedi.
Həyat davam edir, olsada qəliz.
Qızına baxdıqca, güldü Mübariz.
Çox davam etmədi, sevincli günlər.
Bir gündə baş verdi, ilahi nələr.
Uşağın anası, nə günah etdi?
Yaş yarımlıq qızı, atıbda getdi.
Bir anda həyatı, tamam dəyişdi.
Dərd-qəmdən Mübariz, nə hala düşdü.
Yarımçıq qalmışdı, arzu niyyəti.
Ağırdı qızının, yetimlik dərdi.
Xeyli fikirləşib, xəyala daldı.
Nəhayət bir gündə, qərara aldı.
Elə yar seçəmki, gərək özümə.
Doğma ana kimi, baxsın qızıma.
Bu doğma xalamın, qızıdır deyir.
Onu dərdlərinə, son çarə bilir.
Xalası qızı ilə, ailə qurdu.
Bütün olacaqlar, bir-bir olurdu.
Xoşbəxt yaşasada, bir müddət onlar.
Hələ baş verəcək, gör nə oyunlar.
Bu nə bəxt-taledi, Allah nə işdi?
Gör doğma xalası, necə dəyişdi.
Pisliyi özünə, eylədi peşə.
Sanki bənzəyirdi, Qara Keşişə.
Rahat yaşamağa, imkan vermirdi.
Bilmir nə xəyala, qulluq edirdi.
Qızının qeydinə, guya qalırdı.
Araya ayrılıq, həsrət salırdı.
Götürüb aparır, vermirəm deyir.
Mübariz yalvarıb, xahiş eyləyir.
Birtəhər xalasın, razı salırdı.
Elə bilki daşdan, daş qoparırdı.
Alıb gətirirdi, ailəsin evə.
Bu cür davam etdi, bir neçə dəfə.
Bir axşam çağıydı, süfrə başında.
Atası söyləyir, söz əsnasında.
Deyir mən köçürəm, daha həyatdan.
Oğul, sözlərimi çıxartma yaddan.
Deyir ondan sənə, yar olan deyil.
Insan bundan artıq, xar olan deyil.
Daha bəsdi deyir, tərslik etmə.
Bu dəfədə getsə, dalınca getmə.
Burda axı onu, kimsə incitmir.
Oki anasının, sözü ilə gedir.
Oturur otursun, gedirsə getsin.
Qoy necə isdiyir, elədə etsin.
Gedən ömürdəndir, bunu bil oğul.
Vaxtında başına, çarə qıl oğul.
Ata öz sözünü, yetirir sona.
Vəsiyət edirdi, dərdli oğluna.
Ürək sıxıntısı, tutur atanı.
Beləcə tərk edir, fani dünyanı.
Mübariz inanmır, eşitdiklərinə.
Nədəki, gözünnən gördüklərinə.
Düşünür bir xeyli, xəyal eyləyir.
Öz-özünü, sorğu-sual eyləyir.
Mənim dərdlərimə, gəldimi atam?
Ölürəm dedidə, öldümü atam?
Artıq gecdi daha, gedən qayıtmır.
Fikirdən biçarə, gecədə yatmır.
Qardaşı gedəndə, atası vardı.
Atasıda getdi, daha tək qaldı.
Hər gün nalə çəkir, ağlayır yazıq.
Bütün arzuları, qaldı yarımçıq.
O gündən özünə, götürüb təxəllüs.
Yazır şeirlərdə, Qəmli Mübariz.
Yaşayır qəm-qüssə, təlaş içində.
Nəhayət vaxt gəlir, günün birində.
Bir qızı doğulur, dünyaya gəlir.
Sanki yanan qəlbi, bir az dincəlir.
Bu mənim ulduzum, ayımdır deyir.
Bəlkədə bu sevinc, payımdır deyir.
Xatirin o qədər, tuturlar əziz.
Arzu balasınnan, Qəmli Mübariz.
Ata-bala, nə xəyallar qururlar.
Körpənin adını, Sevinc qoyurlar.
Yazıq bilmədiki, var hələ ardı.
SEVINC yazılacaq, dərdinin adı.
Olaylar önündə, məğrur dayandı.
Kim nə sayır saysın, fələk sayandı.
Dərd-qəmdən yazığın, ağardı başı.
Artıq Sevincinin, vardı dörd yaşı.
Qız genə anasının, sözünə uydu.
Qəmli Mübarizi, biçarə qoydu.
Bilmirəm genədə, nə xəyal etdi?
Aldı Sevincidə, apardı-getdi.
Mübariz ailəsin, çox istəyirdi.
Dörd il gözlədiki dönər, dönmədi.
Dalınca getsədə, olmadı razı.
Axır ayrıldılar, beləymiş yazı.
Bir qəlbi yüz yerdən, yaralı düşdü.
Ata balasından, aralı düşdü.
Allah, görə-görə, həsrət çəkirdi.
Dağlarda əriyər, duysa bu dərdi.
Bir yerdə olurlar, xeyirdə-şərdə.
Sanki aralarına, çəkilib pərdə.
Sevinc atasının, yaxınına gəlmir.
Sakitcə seyr edir, danışmır, dinmir.
Çünki döyürdülər, incidirdilər.
Yaxın getməməsin, tələb edirdilər.
Ax yazıq, biçarə, Qəmli Mübariz.
Bu dərdin önündə, qalmışdı aciz.
Daşıyır qəlbində, bu ağır dərdi.
Bu dərd, bütün dərdlərindən betərdi.
Qəlbə daş bağlayıb, dözür birtəhər.
Təki balasını, incitməsinlər.
Özü böyüyəndə, dərk edib-qanar.
Atası nə çəkib, yəqin anlayar.
Genə ailə qurdu, üçüncü kərə.
Kor nə vaxt yatırki, yuxuda görə?
Bəxdi gətirmədi, iş sarımadı.
Yazıq bu dəfədə, heç yarımadı.
Nədənsə taleyi, qaralı düşüb.
Xoşbəxtlər içindən, aralı düşüb.
Yaşadı birtəhər, qəm çəkə-çəkə.
Qəm-kədər yazığı, saldı nə kökə?
Cavankən qocaldı, beli büküldü.
Saçları ağardı, vaxtsız töküldü.
Doğmalar yad oldu, yaxın gəlmədi.
Qəlbi açılmadı, üzü gülmədi.
Qəmli ömür sürüb, çəksədə çilə.
Dözdü hər əzaba, o bilə-bilə.
Olsada qəlbində, sırayla dərdi.
Genədə Allaha, şükür edərdi.
Bir quru sevgiyə, möhtac qalmışdı.
Sonda taleyi ilə, razılaşmışdı.
Bütün olanlara, səbr eləyirdi.
Birtəhər yaşayıb, gün keçirirdi.
Beləcə bitirdi, bir ömürün nağılı.
Bir gündə dünyaya, göz açdı oğlu.
Bu ona Allahın, hədiyəsiydi.
Yanan ürəyinin, təsəllisiydi.
Dünyada ən dərdli, insan olsada.
Ahıyla aləmə, haray salsada.
Eləki oğlunun, üzünə baxırdı.
Bütün çəkdikləri, yaddan çıxırdı.
Beləcə yaşadı, qəmli, nisgilli.
Bunuda yazdıki, olsun təsəlli.
Dağda əriyərdi, olsa yerinə.
Oxuyan şükr etsin, öz dərdlərinə.
Dünyada ən dərdli, qəmli insandı.
Yazdı həyatını, dastan yarandı.
Sanmayın nağıldır, bayatıdır bu.
Mübariz Qəmlinin, həyatıdır bu.
Yazıb-yaratdıki, qalsın yadigar.
Hər zaman oxuyub, xatırlasınlar.
Mübariz Qəmli 01.12.2014-dən 23.12.2014-ə qədər yazdım.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 31
Ağlama, gözünün yaşına qurban.
Göz yaşı görəndə, dözmür ürəyim.
Ağlama, gözünün yaşına qurban.