Предыдущая публикация
Bircə anlıq gülüşünlə,
Min xəyala,daldir məni.
Bihuş olsam baxışından,
Tut əlimdən qaldir məni.
Əy başını sinəm üstə,
Əhdin varsa aşkar istə.
Bircə ruhu etmə xəstə ,
Öz ruhuna saldır məni.
Vermə əzab,cəfa zülüm,
Qoy tutmasın vaxtsız ölüm.
Gəl dünyamı iki bölüm,
Dünənimdən aldır məni.
Adın dildə tamdır daddır,
Dört yan ögey ətraf yaddır.
Bir səninlə Afiq şaddır,
Bu sevdaya çatdır məni.
Afiq Göyçəli
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев