Həyat calaq edib ömrümə dərdi,
Qəlbimdə cücərən sevgini dərdi,
Hər gələn sabaha min ümid verdi,
Qəfil ayrılıqla sınadı...
Dözdüm.
Dünya ədalətsiz,balaca və dar,
Hansı üz istəsən bu dünyada var,
Həyatdan soruşdum kimdir
günahkar...
Özümü haqqsızca qınadı...
Dözdüm.
Gedən gedib artıq,inanma dönə,
Qəlbimi dindirmə,o çətin dinə,
Kim ki,ayrılıqdan bəhs etdi mənə,
Köhnə yaralarım qanadı...
Dözdüm.
Sevgi dəryasında sonadək üzdüm,
Sevən ürəyimi eşq üçün əzdim,
Dünyanı bu qədər zalım bilməzdim,
Dərdləri üzümə sanadı...
Dözdüm.
Ay Xəlil,dərdini yaz görə-görə,
Yaşadım yüz cüre üz görə-görə,
Itirdim sevgimi göz görə-görə,
Bilirdim,hərşeyin sonudu...
Dözdüm.