Həyat tərzi
Onların baxışlarından "heyvanlığa" xas olmayan zəka süzülür. Yırtıcıdırlar, vəhşidirlər, ancaq təhrik edilmədikləri halda insanlara dişlərini qıcatmazlar. Qurdların əhliləşməklə araları yoxdur, azadlıqlarına çox bağlıdırlar. Ən hündür zirvələrə çıxmağı və ordan ətrafa nəzarət etməyi çox sevirlər. "Mərdlik" sözü onları ən yaxşı xarakterizə edən sözdür. Onlar azadlığın, hürriyyətin, cəsarətin, qəhrəmanlığın və çevikliyin simvoludurlar.
Erkək qurdlar əksər kişilərə örnək ola biləcək bir həyat tərzi yaşayırlar. Onlar ömürlərində yalnız bir dəfə bir dişi ilə cütləşər, bizim təbirimizcə desək, ailə qurar və həyatlarının sonunacan öz dişisinə sadiq qalarlar. Dişinin hər hansı bir səbəb