Предыдущая публикация
Ağlamıram gecə-gündüz dalınca.
Ürəyimi parçalamır intizar,
Həsrətini çəkməyəcəm ölüncə.
***
Ağlamıram dayanmadan uşaq tək,
Düşünmə ki ürəyimdə qəmim var.
Qapanmıram tənhalığa, təkliyə,
Dinləmirəm qəmli-qəmli mahnılar.
***
Çevrilməyib selə-suya göz yaşım,
Küsməmişəm birdəfəlik həyatdan.
Mən zamana buraxmışam hər şeyi,
Özümdəyəm, xəbərim var saatdan.
***
Bilirsən ki, mən siqaret çəkmirəm,
Nə birini, nə iksini fikirləş.
Nə çəkirəm əgər bilmək istəsən,
Bu şeirin tam əksini fikirləş.
***
Üzülürəm yoxluğuna sevgilim,
Ağlayıram gecə-gündüz dalınca.
Ürəyimi parçalayır intizar,
Həsrətini çəkəcəyəcəm ölüncə,
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1