Фильтр
Закреплено
526994384477
  • Класс
İkiyə bölündü ay bilə - bilə,
Aradı göyləri, qara buludu,
Dəli olmuşmu ki,gizlənir elə ?
Narın yağış gözün islatdı, yudu.

Azad olan deyil,ay nə buluddan,
Axşamın bağrını dəldi qaranlıq,
Baş açmaz fələk də, heç bu oyundan,
Yalnız sənə bağlı, hər şey bir anlıq .

Nə Allah götürməz zülmünü sənin,
Nə şərin şər vaxtı,nə sübhün sənin,
Dözülməz bu halə gəldin, nə gəldin,
Hər nə baş verirsə,o sənin, mənim.

Eşq bahar deyil ki, gələndə gəlsin,
İntizar içində göz kölgələnsin,
Dünya külə dönür, əriyir bir an,
Əmr et, o göydəki ay yerə gəlsin.

Qapadım gözümü əllərimlə mən,
Heybətli gözündən çəkinirəm mən,
Ayın vüsalıyla,qovuşdu aləm,
Şəfəq gözlərinə baş əyirəm mən !
Haqqın hüzurumu, hüzurun sənin ?
Qopdu yarpaq - yarpaq , payızda tufan,
Sən gizli deyilsən, şam təravətin,
İlahi kənardan baxırdı, heyran .

Gecəyə od düşdü, cəkdi o hicran,
Zülm etdi zülmətlər, ay elə biryan .
Ehmalca, payızı təbiət oxşar,
Eşq həmin o zaman, sənindi dövran !

Titrədi, bir çiçək qalmadı belə,
Əl qoymaz bu günə, fələklər belə.
Bir yazı gətirdi, mələk indicə,
Ürəkdən nə nalə çəkmisən elə ?

Şəkil deyil günəş, şüası vardır,
Ani işıq düşən yerlər mənzərə,
Axşamın hökmüsən, hali - zamandır,
Rübənd sal üzümə, sən gələn yerə.

Göyün tərəzisin çəkən ay özü,
Nə zaman gəldiyin , göy bilərdimi ?
Sevgi tarazlanır gözündə özü,
Qəlbin çəkisini göz deyərdimi ?
Gözlədik, bir damla yox bu səmada,
Bulud axın - axın sənəmi gəldi?
Yanğın yox a canım, yağmur havada,
Məşəl tutmuş gözün mənəmi gəldi ?

Yerindən oynayan bulud ya səma ?
Bu ilıq ab - hava nəfəsindədi,
Bürünən ruhumdur, düman dağında,
Behiştin qapısı, o da səndədi .

Dənizdən meh deyil, dəniz nə gəzir ?
Sahilə qədəm et, eşq ləpələnir .
Gözün bərabəri, dəniz nəfəsi,
İçim də, qanım da, ruhum hey əsir .

Bu nədir, yazılı nə səhifə bu ?
Qonmadı, uçaraq, o göydən endi .
Hələ yazır fələk , hələ də səni,
Hər nə də olsa o, qəlbindən idi .

İlahi o qələm gözlərin idi,
Çəkir ürəyimə,imzalı xəttin,
Açıq sinən içi, o həsrət idi,
Yerlə yeksan etdi, sevginin həddin !
lubov zla polubiw i kozla.
558624113285
  • Класс
558624113285
  • Класс
558624113285
  • Класс
Показать ещё