Предыдущая публикация
Nə etibar ona, bietibarə, yalvarma!
Darıxma, yaxşı-yaman ruzgarımız keçəcək,
Bu beş gün ömrə görə ruzgarə yalvarma!
Sənin də bir gün olar novbaharın, ey bülbül,
Xəzan cəfasına səbr eylə, xarə yalvarma!
Fəqirə, acızə, məzlumə ehtiram eylə.
Əduyə, qaniçənə, zülmkarə yalvarma!
Vətən yolunda ölüm mərd üçün səadətdir,
Həyat üçün fələki-kəcmadərə yalvarma!
Müxalif əhlinə baş əymə, sən də Mənsur ol,
“Ənəlhəq” üstə çəkilsən də darə, yalvarma!
Məhəbbət əhlinə, Vahid, həmişə, xidmət eylə,
Nə tacdarə, nə bir şəhriyarə yalvarma
Əliağa Vahid
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев