Oğul anasina deyir:Ay qadin men senden utaniram,iyrenirem,menle yola çıxma.Hamı sene qeribe baxır,mene hörmet edirsense evde qal seni kimse görmesin.Ana ağlayaraq deyir yaxşı balam,sene mane olmaram sen deyen olsun.Oğulun anaya bele demesin sebebi,ananın bir gözünün olmamasıydı.Oğul evlenir ve gedir xarice.Getmemişden önce anasına deyirki:ay qadın ağlından bele keçmesina meni axtarmağın,men senden utanıb gedirem.İller keçir ana qocalır ve ümidle oğlunun zengin gözleyir.Ama oğuldan bir xeber tutmur dözmeyir artık yola düwür çetinliklede olsa oğlunu tapır.Qapını döyür oğul açır ana girir eve uşaqlar nenesin görüb qorxub ağlayırlar.Oğul anasının üstüne qışqıraraq:Rədd ol evimden seni istemirem, #AnaMuqeddesdi

- -

Sənin qızın, mənim ömür yoldaşım, Əlimizdən nə tez uçdu, ay ana?.. Heç bilmirəm bu əzrayıl mürdəşir, Birdən niyə onu seçdi, ay ana?… O, gedəli gücüm yox, qüdrətim yox, Bu həyata zərrə məhəbbətim yox, Oğullarım qalmadılar yetim, yox, O yetimlik mənə düşdü, ay ana… Elə bil ki, nəslimizdə talan var, Baxışlarda gör nə boyda ələm var, O gedəli gör nə qədər ölən var, O gedəli köçhaköçdür, ay ana?.. Sənin saçın birdən-birə ağardı, Mənim ömrüm viran oldu, dağıldı, İnsan tamam əfsanədir, nağıldır, Əvvəli heç, sonu heçdir, ay ana… Səfurəmin anasısan – anamsan, Sən də ona mənim kimi yanansan, O gedəli sən də ömrü talansan, Yaşayırsan gözü yaşlı, ay ana… Günlərimi təklik alıb qoynuna, İblisdir iliş
Yaman acı sızlayır, könlümdəki yaralar. Bu yaralı könüldə canım, səni haraylar. Sinəmdəki dərdləri, yalnız sevgin anlayar. Ağlamayım neyləyim, sənki yoxsan yanımda, Qəmli gözüm axtarır, səni dərdli anımda. 11 11 11 Son dəfə görüşəndə, kədərlə ayrılmadıq, Məncə sevgi yolunda, biz heçdə yanılmadıq, Ayrılıqda üşüdük, nədəndir anlamadıq, Ağlamayım neyləyim sənki, yoxsan yanımda, Qəmli gözüm axtarır, səni dərdli anımda. 11 11 11 Menim qəlbimi, kimsə yox sən bilirsən. Bilirsən yaralıyam, elə sual verirsən, Gözlərin kədərlidir, niyə tez-tez deyirsən? Gözlər necə gülsün bəs, sənki yoxsan yanımda, Qəmli gözüm axtarır, səni dərdli anımda.

- -

Biz ǝzǝldǝn ta ǝbǝd meydanǝ gǝlmişlǝrdǝnüz, Şahi-mǝrdan eşqinǝ, mǝrdanǝ gǝlmişlǝrdǝnüz. Yazmağa hǝqdǝn kǝlamüllahi-natiq şǝrhini, Kim bǝyani-elm ilǝn Quranǝ gǝlmişlǝrdǝnüz. Kainati-surǝti-rǝhmani tǝfsir etmǝyǝ, Ruhi-qüdsi surǝti-rǝhmanǝ gǝlmişlǝrdǝniz, Bir müǝnbǝr türrǝnin küfrinǝ "amǝnna" döyüb, Hǝqqǝ tǝslim olmuşuz, imanǝ gǝlmişlǝrdǝnüz. Saqiyi-baqi ǝlindǝ mǝst olub içmǝkdǝyüz, Nǝrgisi-mǝstin kimi mǝstanǝ gǝlmişlǝrdǝnüz. Qeybi-mütlǝqdǝn tǝmaşayi-rüxi, ziba üçün, Bu şǝhadǝt mülkinǝ seyranǝ gǝlmişlǝrdǝnüz. Ey Xǝtai, eydi-ǝkbǝrdir, cǝmali dilbǝrin, Biz bu eydi-ǝkbǝrǝ qurbanǝ gǝlmişlǝrdǝnüz. Şah İsmayıl Xətai

- -

Niyə məhz biz Türklər Bozqurduq? Ruslar ayını, ingilislər aslanı, amerikalılar qartalı,fransızlar xoruzu, İspanlar öküzü milli simvol saymışlar. Biz? Niyə başqa bir heyvan deyil də Göy yallı Bozqurdu simvol qoymuşuq? Bozqurdun xüsusiyyətlərini əsas olaraq bu şəkildə sıralamaq mümkündür: 1 - Bozqurdlar atasına bağlıdır; Bozqurd sürüsünden ayrılan bir erkek bozkurt qarşılaşdığı bir qara qurd sürüsüne girər. Girdiyi sürünün liderliyini alır; 2 - Bozqurd azadlığına meyllidir. Dünyada evcilleşdiriləmməmiş tək heyvan olma ünvanı Orta Asiya Bozqurdlarındadır. Heyvan tutulduğunda bütün heyvanların əksinə qırtlaq qismində olan öd deyilən kisəni parçalar və intihar edər. Bozqurd əsarəti qəbul e

- -

Gözlərim hər axşam axtarır səni, Ürəyim yollardan qayıtmır evə, Sənsiz dalğalar da tanımır məni, Neyləyim ürəyim heç yatmır evə. Payız gəldi, uçdu getdi quşlar, Sən də getdin, bax yağdı yağışlar. Payız gəldi, qərib oldu dəniz, Bu dənizin gözü yaşlı sənsiz. Küçələr, döngələr izindən qalır, Yarpaq pıçıltısı sənin səsindi, İşıqlar zil qara gözündən qalır, Bu şirin xatirə mənim bəsimdi. Payız gəldi, uçdu getdi quşlar, Sən də getdin, bax yağdı yağışlar. . Payız gəldi, qərib oldu dəniz, Bu dənizin gözü yaşlı sənsiz. Özümü aldadır hər axşam-səhər, Elə bu havanı oxuyuram mən, Vallah səndən ötrü çox darıxmışam, Başqa nə gəlir ki axı əlimdən? Payız gəldi, uçdu getdi quşlar, Sən də getdin, bax yağ

- -

Səməd Vurğun 6 yaşında ikən itirdiyi anası Məhbubə xanıma həsr edib bu şeri: Pək cocuqdum, yerə gumdular səni, Həyata qanadsız atdılar məni. Bax, necə pozulub ömrün gülşəni, Həyat sənsiz mənə zindandır, ana! Qoynunda bəslənər gözəl diləklər, Layiqdir səcdəyə sənə mələklər, Nerdəsən, gözlərim həp səni bəklər, Bax, övladın nasıl giryandır, ana! Sən bir günəş idin, doğdun da batdın, Yazıq övladını qəmlərə atdın. Bir cavab ver, hankı murada çatdın Torpaqlarda neçə zamandır, ana?! Bir ah çəksəm sənsiz, qopmazmı tufan? Əzizim anacan, gözüm anacan! Yumuq gözlərini aç da bir oyan, Şimdi zaman başqa zamandır, ana! Yıxılıb payinə ölmək istərəm, Analıq mehrini görmək istərəm, Səni görmək üçün ölmə

- -

Könül, vəfasız olan nazlı yarə yalvarma! Nə etibar ona, bietibarə, yalvarma! Darıxma, yaxşı-yaman ruzgarımız keçəcək, Bu beş gün ömrə görə ruzgarə yalvarma! Sənin də bir gün olar novbaharın, ey bülbül, Xəzan cəfasına səbr eylə, xarə yalvarma! Fəqirə, acızə, məzlumə ehtiram eylə. Əduyə, qaniçənə, zülmkarə yalvarma! Vətən yolunda ölüm mərd üçün səadətdir, Həyat üçün fələki-kəcmadərə yalvarma! Müxalif əhlinə baş əymə, sən də Mənsur ol, “Ənəlhəq” üstə çəkilsən də darə, yalvarma! Məhəbbət əhlinə, Vahid, həmişə, xidmət eylə, Nə tacdarə, nə bir şəhriyarə yalvarma Əliağa Vahid

- -

Çörək bahalaşanda, qeyrət ucuzlaşarmış, İnsan ürəyilə yox, mədəsiylə yaşarmış. Ət-qızıl qiymətinə, vicdan su qiymətinə, Yalan od qiymətinə, iman su qiymətinə Satılırsa, susmağı, gəlin, sayaq hünərdən, Günəşi də gözləyək dünən batdığı yerdən.
Показать ещё