Ayna əks etdirir çılpaqlığını,
Soyunmuş baxışlar üzümə qənim.
Bu eyni cisimdə eyni vücudda,
Özüm kəsilmişəm özümə qənim...
Bizim taleyimiz belə yazılıb,
Eyni görünüşdə , eyni biçimdə.
Bilirsən səninlə fərgimiz nədir?
Mən çöldə əsirəm sənsə içimdə.
Kimsə eşitməsin,duymasın deyə,
Özümü boğuram öz ahlarımda.
Sənə səbrli ol, döz deyə-deyə,
Saçlarım ağarıb gicgahlarımda...
Neçə xatirələr,neçə arzular.
Qərq olub gözümün qaranlığında,
Neçə kor ümidlər yolunu azıb,
Yaşanan bu ömrün toranlığında...
Səni bu üsyana səsləyən sabah,
Keçmişi arxanca niyə hürüdür?!
Gözümün altına düşən cığırlar,
Sənin ahlarının təzahürüdür...
Sənin səngiməyən üsyanın mənə,
Yollar qət etdirir, dağlar aşdırır.
Mənim yaşadığım hər bir saniyə,
Səni azadlığa yaxınlaşdırır.
Bu kobud əzalar ,bu tüklü sifət,
Sənin bədənini donudur demək.
Sənin azadlığa qovuşduğun an,
Mənim həyatımın sonudur demək!
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев