• Bölüm 38.
•
• Vəfa xanım: Yaxşı qızım sənin nə günahın.
Bütün günah məndədi onu tək buraxmamalı
idim.
•
• Damla: Birdəki Vəfa xala.
•
• Vəfa xanım: Hə nolub qızım tez de.
•
• Damla: Gəlinlik qutusu. Yatağın üstündə boşdu.
•
• Gənc oğlan maşını sürətlə xəstəxanaya
sürürdü. Maşının güzgüsündən Dünyaya baxırdı.
Hərəkətsiz yatırdı Dünya.
•
• Damla çox narahat idi. Vəfa xanım evdə
qalmasını söyləmişdi. Bəlkə gələr deyə. Cavid
bəy və Camal isə artıq axtarışda idilər.
•
• Artıq Dünyanı xəstəxanaya çatdırmışdı. Onu
qucağına alıb xəstəxanaya daxil oldu. Tibb
bacılarının köməkliyi ilə Dünyanı xəstəxananın
"təcili yardım" şöbəsinə qaldırdılar. Gənc oğlan
üst başı palçıq və su olmuş halda kolidorda
gözləyirdi. Tibb bacısı ona yaxınlaşdı.
•
• Tibb bacısı: Xəstə sizin nəyinizdi?
•
• Gənc oğlan: Mən tanımıram onu. - Tibb bacısı
yaxşı mənasında başını hərəkət etdirdi və
yenidən otağa daxil oldu.
•
• Artıq bir neçə saat idiki Cavid bəy qızı Dünyanı
axtarırdı. Təbiikidə ilk ağıla gələn qəbiristanlıq
olmuşdu. Qəbrin üstündəki gülü gördükdə isə hər
şey aydın olmuşdu. Cavid bəyin yaxın bir dostu
polis müdiri idi. Odurki tapşırıq vermişdilərki
bütün xəstəxanalara baxılsın.
•
• Gənc oğlan: Vəziyyəti necədi?
•
• Tibb bacısı: Yüksək dərəcədə qızdırması var.
Elə "Ölmə , getmə"-deyə sayıqlayır. Bayaq
özünə gəldi. Ailəsi haqqında soruşmağa imkan
vermədi. Oyanan kimi ağlayıb qışqırmağa
başladı. Sakitləşdirici verdik yatsın deyə. Ailəsi
tapılıb səhv etmirəmsə. Yəqin gələrlər indi.
•
• Gənc oğlan: Çox sağolun məlumat üçün. - öz
özünə "Ailəsi gəlsin sonra gedərəm"-deyə
düşündü.
•
• Cavid bəy:
• -Hə Vəfa. Gedirik Camalla.
• -Yox siz hələ gəlməyin. Biz baxaq sonra.
•
• Dünyanı artıq tapmışdılar. Camal və Cavid bəy
xəstəxanaya üz tutdu.
•
• Artıq paltarları üstündə qurumağa başlamışdı.
Üşüyürdü. Bu an telefonuna zəng gəldi.
•
• Gənc oğlan: Hə ana.
•
• Anası: Oğlum haralardasan? Yenə şəhərə çatan
kimi yoxa çıxdın. Heç üzünüdə görə bilmədim.
•
• Gənc oğlan: Gəlirəm mənim gözəl anam. Yarım
saata evdəyəm. -deyib telefonu söndürdü. "Yox
bu belə olmuyacaq. Ailəsi gəlir dedi tibb bacısı.
Ən yaxşısı gedim daha."-deyib xəstəxananın
çıxışına doğru yönəldi. Cavid bəylə Camal isə
artıq xəstəxanaya çatmışdılar. Maşından enib
xəstəxanaya daxil oldular. Cavid bəy içəri daxil
olan kimi qızının yerini soruşdu. Bu an Camalı
kənardan bir səs səslədi. Bu həmin gənc oğlan
idi.
•
• Gənc oğlan: Camal!
•
• Camal səs gələn tərəfə baxdı.
•
• Üzündə bir gülüş doğdu: Qardaşım! -deyib ona
yaxınlaşdı və görüşdülər.
•
• Camal: Haralardasan? Üzünü görək. Hara
itdin birdən yenə?
•
• Gənc oğlan: Eh bilmirsən bizim işləri. Birdən
təcili zəng gəldi və getməli oldum.
•
• Camal: Üst başının halı nədi belə?
•
• Gənc oğlan danışmaq istəyirdiki Cavid bəy:
Camal gəl burdadı deyirlər. -dedi.
•
• Camal: Yaxşı Kamal danışarıq sonra mən
getməliyəm. Yasəmən xalaya salam de. -deyib
oradan uzaqlaşdı.
•
• Dünyanı xəstəxanaya gətirən bu gəncin adı
Kamal idi. Kamal ilə Camal uşaqlıq dostu, süd
qardaşı idilər. Camal doğulan zaman anası
xəstəliyə tutulmuşdu. Buna görədə əziz rəfiqəsi
Yasəmən, yəni Kamalın anası Camala ana südü
vermişdi. Bütün uşaqlıqları bir yerdə keçmişdi.
Bir birlərinə əsil qardaş olmuşdular. Kamal
iqtisadiyyat bölməsi üzrə təhsil almışdı. Buna
baxmayaraq o restoran və cafe işlətməyi
seçmişdi. Zamanla isə işləri böyütmüşdü. Və
artıq həm öz doğma ölkəsində həmdə xaricdə
restoranı var idi.
Hələ 7 yaşı olarkən atasını itirmişdi. Bu həyatı
boyu ona vurulan ən ağır zərbə olmuşdu. Buna
baxmayaraq o bu hadisə ilə yıxılımamışdı.
Əksinə dahada güclənmişdi. Sırf anası onunla
qürur duysun deyə əlindən gələn hər şeyi
etmişdi. Və bunu bacarmışdıda. Kamal Aysu ilə
Camalın toyundada iştirak etmişdi. Hətta
Camalın qardaşı kimi Aysunun belinə qırmızı
kəməridə o bağlamışdı. Lakin anası Yasəmən
xanım narahat olduğu üçün restorana gedə
bilməmişdi. Uzun müddət idiki xaricdə idi. Bu
gün gəlmişdi vətənə. Gələn kimi anasına baş
çəkib, qəbiristanlığa getmişdi atasını görmək
üçün. Elə Dünyanıda orda görmüşdü.
Kamal gəlib evinə çatdı. Qapını anası Yasəmən
xanım açdı. Oğlunun üst-başının kirini görüb çox
qorxdu.
Yasəmən xanım: Oğlum nə olub? Nə gəlib başına?
Üst başının halı nədi belə?
Kamal: Narahat olma ana. Qoy girim evə
danşacam hər şeyi. Vəfa xanım ilə Aysuda artıq
xəstəxanada idi. Vəfa xanım elə hey ağlayırdı
qızı üçün. Dünya isə oyanan kimi ağlayıb
qışqırmağa başlayırdı. Həkimlər sakitləşdirici
verib onu yatırdırdılar.
Aysu: Ana nə olar bəsdir daha ağlama. Bax
dizində taqət qalmayıb. Yeriyədə bilmirsən.
Tibb bacısı əlində böyük bir çanta gətirib onlara
uzatdı: Buyurun, xəstənin əşyalarıdı.
Aysu tibb bacısından çantanı aldı. Çantanın
içində Dünyanın palçığa bulanmış gəlinliyi var
idi. Vəfa xanım gəlinliyi qucaqlayıb ağlamağa
başladı: Mənim körpə qızım. Niyə hamı kimi
mənim balamada qismət olmadı gəlinliyini
toyuna geymək? Niyə Allahım niyə?
Cavid bəy: Vəfa özünü ələ al. Bax belə elədikcə
Dünya lap narahat olur. -Üzünü Camala tutub:
Camal Aysuyla ananı apar evə.
Vəfa xanım: Yox, yox mən heç yerə getmərəm.
Qızım burdan çıxmayınca getmərəm mən.
Aysu atasına yaxınlaşıb: Ata, icazə ver qalaq
bizdə. Evdə nigaran qalarıq axı. - Cavid bəy
razılıq bildirdi. Dünya isə sakitləşdiricinin
təsirindən göz qapaqlarını qaldıra bilmirdi. İçi
yanırdı. Ürəyi parçalanırdı. Sanki bir boşluqda
idi. Üstündə çox böyük ağırlıq var idi. Daşıya
bilməyəcəyi qədər çox ağır.....
Kamal: Sonra dedilər ailəsi tapılıb, gəlir. Səndə
zəng vurdun gəldim daha.
Yasəmən xanım: Ehh Allah köməyi olsun. Yazıq
qız. Səndə narahat olma oğlum. Nə edək qisməti
belə imiş.
Kamal: Hə. Nəsə məndə qalxım yatım biraz.
Yorğunam.
Yasəmən xanım: Hə qalx otağın hazırdı. Yaxşıca
dincəl.
Kamal otağa qalxıb gözlərini tavana zillədi.
Qulağından Dünyanın ah nailəsi getmirdi.
Beynində onun dediyi sözlər fırlanırdı. Qar
bəyazı gəlinliyi palçığa bulanmış həmin
görüntüsü gözünün önündə idi. Gözlərini qapayıb
yatmaq istədi. Amma yenə olmurdu. Kamal
məzarlıqda Dünyaya yaxınlaşdıqda o üzü üstə
məzarın üstünə yıxılmışdı. Çevirib üzünə baxdı.
Yağışdan islanmış saçları üzünə yapışmışdı.
Kamal saçlarını geri çəkdi. Ağlamaqdan şişmiş
gözləri, soyuqdan göyərmiş dodaqları. Qəm
kədərdən solmuş üzü palçığa bulanmışdı. Necədə
məsum görünürdü. Kamalın içi parçalanmışdı.
İndi gözünü qapadıqda bu sima gəlirdi gözünün
önünə. Yuxuya gedə bilmirdi. Ağlı Dünyanın
yanında qalmışdı. Qərarını verdi. Sabah ilk iş
xəstəxanaya gedəcəkdi.
Dünya oyanmışdı. Sakitcə ağlayırdı. Nə dinirdi
nədə danışırdı. Sadəcə ağlayırdı. Hər dəqiqə
Pərvinsizliyi hiss etmək canını dahada
yandırırdı. Qızdırmasıda enmişdi. Evə getmək
istəyirdi. Həkimlər nə qədər bir gecə burda
qalmasını söyləsələrdə Dünya rədd etdi və
xəsətxanadan çıxıb evə yollandılar.
Aygün nigarançılığ içərisində idi. Sevdiyindən
xəbər ala bilmirdi. Qorxurdu. Ya Elmarada bir
şey olsa. Yox o qaldıra bilməzdi bunu. Dünya
kimi güclü ola bilməzdi. Son olan hadisədən
xəbəri yox idi Aygünün. Damla təlaşdan zəng
etməmişdi. Aygündə öz dərdinə düşmüşdü. Buna
görə zəng etməmişdi bu gün Dünyagilə. Telefonu
götürüb zəng etdi. Evdə sadəcə Damla və Fidan
var idi. Aysu zəng edib indi gələcəklərini
demişdi. Damlanın səhərdən bəri göz yaşı
dayanmırdı. Özünü günahkar bilirdi bu
hadisədə. Dərdini danışmalı idi birinə. İçini
boşaltmalı idi. Elə bu zaman Aygün zəng etdi və
səhərdən bəri olanları Damla Aygünə danışdı.
Aygündə göz yaşlarına hakim ola bilməmişdi.
Dünya kimi həyat dolu bir qızın başına bunların
gəlməsi onlar üçün qəbul edilməz idi. Dünyagil
artıq gəlib çatmışdılar.
Camal Dünyanı qucağına almışdı. Yeriməyə halı
yox idi. Cavid bəy açar ilə qapını açdı. Hər kəs
içəri daxil oldu. Damla isə Aygün ilə danışırdı.
Azda olsa sakitləşmişdi.
Damla: Aygün gəldilər. Sonra danışarığ.- deyib
telefonu söndürdü. Dünyanı gördükdə isə yenə
göz yaşlarına boğuldu. Camal Dünyanı otağına
qaldırdı. Yatağa uzadıb otağı tərk etdi. Dünya
yatağa uzanan kimi Pərvinin aldığı ayını
qucaqlayıb ağlamağa başladı. Kənardan onu
izləyən ev sakinlərinin içi yanırdı Dünyanın bu
halına. Dünya nə qədər sakit ağlamağa cəhd
göstərsədə artıq hıçqırıqlara boğulmuşdu. Ayını
möhkəm bağrına basmışdı. Vəfa xanım
yaxınlaşıb qızının üstünü örtdü. Saçlarına sığal
çəkməyə başladı.
Vəfa xanım: Caann, anan qurban olsun sənə
nazlı qızım. Sənə gələn anana gəlsin.- deyib
ağlamağa davam etdi. Bu sözlər Dünyaya
dahada pis təsir edirdi.
Aysu bunu görüb: Ana, çıxın çölə mən qalaram
Dünya ilə.
Damla: Aysu səndə get mən qalaram. Fidanı
neçə saatdı tək buraxmısan.
Hər kəs razılıq bildirdi və otağı tərk etdilər.
Damla qalmışdı otaqda sadəcə. Dünya isə hələdə
ağlayırdı. Damla ona yaxınlaşdı. Yatağın
küncündə oturub Dünyanın saçlarını
sığallamağa başladı. Dünya yataqdan dikəlib
Damlanı qucaqladı: Damla mən nə edəcəm? Mən
necə yaşayacam bundan sonra?
Nə Damla nədə Dünya ağlamaqdan danışa
bilmirdilər. Damla özünü toparlayıb: Keçəcək.
Gözəl bacım, keçəcək.
Dünya: Heçnədə keçmir Damla. İçim yanır içim.
Qəlbim daralır.
Damla isə sadəcə :" Səbr et keçəcək "- deyirdi.
Başqa nə desin? Bu vəziyyətdə nə deyilərdi? Heç
özüdə bilmirdi. Sadəcə istədiyi şeyi dilə
gətirirdi. Keçəcək! Keçsin artıq! İnciməsin
Dünya. Çəkməsin əziyyət istəyirdi.
Dünya: Damla nə olar çıx otaqdan icazə ver tək
qalım. Biraz yatım.
Damla: Yox tək qoya bilmərəm səni. Gəl birlikdə
yataq.- deyib yataqda uzandı. Dünyada
Damlanın yanına uzandı. Göz yaşları içində
yuxuya getdi.
Səhər açılmışdı. Kamal istəmədəndə olsa yenə
gözünü açan kimi o məsum solğun çöhrə düşdü
ağlına. Cəld yataqdan qalxıb hazırlandı.
Kamal idmançı bədəninə sahib idi. Uca boy ,
qara qaş, qara göz bir oğlan idi. Nə geyinərsə
yaraşırdı ona. Qarderobdan qara rəng kostyum
şalvarını çıxardı. Ağ rəng saroşka ilə geyimini
tamamladı. Xarici görünüşünə görə bu tip
paltarlar daha yaxşı yaraşırdı ona. Saçını
darayıb, ətirini vurdu. Qol saatını taxıb
otaqdan çıxdı. Yasəmən xanım süfrəni
hazırlamışdı. Birlikdə səhər yeməyini yedilər.
Kamal: Mən çıxım daha gecdi. - Yasəmən xanım
oğlunu yola saldı. Kamal sükan arxasına keçdi.
Bir başa maşını xəstəxananın qarşısına sürdü.
Maşından enib xəstəxanaya daxil oldu.
Dünya axşam doğru dürüst yuxu yata
bilməmişdi. Yatan zaman isə Pərvinin adını
sayıqlamışdı. Artıq hər kəs oyanmışdı. Dünyada
yuxudan oyanmışdı. Otaqda yanlız idi. Aysu
artıq öz evinə getmişdi dünən axşam. Damla isə
universitetdə idi. Dünya üçün icazə almışdılar
universitetdən. Vəfa xanım qızı üçün səhər
yeməyi hazırlayırdı. Hazırladığı yeməyi otağa
qaldırdı. Qapını açdıqda gözlərinə inana
bilmədi. Dünya Pərvinə aid nə qədər əşya varsa
hamısını ortalığa dağıtmışdı. Nişan şəkilləri,
normal gündə çəkilən şəkillər, Pərvinin onun
üçün aldığı hədiyyələr və güllər, nişan paltarını
belə yatağın üzərinə qoymuşdu. Ayısını
qucaqlayıb, sakitcə ağlayaraq şəkillərə baxırdı.
Vəfa xanımın ürəyi dözmürdü daha buna. Qızı
gözünün qarşısında hər gün biraz daha ölürdü.
Yeməyi dərs masasının üstünə qoyub Dünyaya
yaxınlaşdı. Dünya Pərvinin şəklini öpüb,
qucaqlıyırdı.
Vəfa xanım: Qızım nə olar etmə belə. Bax mən
dözə bilmirəm daha.
Dünya ağlayaraq: Ana bax. Görürsən necə
xoşbəxtdi? Gör necə gülür. Görürsən ana? O
güləndə mən yenidən həyata bağlanırdım ana.
Mən daha onun o gülüşünü görə bilməyəcəm.
Daha yoxdu ana. Mənə həyat verən o insan daha
yoxdu!
Kamal xəstəxanaya daxil olub Dünyanı soruşdu.
Dünən gecə xəstəxanadan çıxdığını bildirdilər.
Heyfsləndi bunun üçün. " Axı hardan tapacam
birdə onu? " deyə düşünürdü. Xəstəxanadan
çıxıb iş yerinə getdi.
Vəfa xanım Dünyanı sakitləşdirməyə çalışırdı.
Dünya elə anasının qucağında yuxuya qalmışdı.
Vəfa xanım onun üz gözünü tumarlayaraq
ağlayırdı. Ana olaraq dözmürdü qızının bu
halına. Ürəyi ən az Dünyanın ürəyi qədər
yanırdı. Dua edirdi. Qızı üçün dua edirdi.
Yarası tez sağalsın deyə, yaralarının azda olsa
sağalması üçün dua edirdi. Beləcə günlər
keçirdi. Artıq dekabr ayının sonu idi. Bu
müddət ərzində elədə dəyişən bir şey yox idi.
Dünya otağından kənara çıxmırdı. Arada
Pərvinin məzarını ziyarətə gedirdi. Nə doğru
dürüst yemək yeyir, nədə yuxu yatırdı. Bütün
gün Pərvinlə bağlı şəkillərə videolara baxıb
ağlayırdı. Nə qədər etsədə içindəki acı 1 qram
belə azalmamışdı. Əksinə hər gün dahada
çoxalırdı. Hər gün daha çox darıxırdı sevdiyi
üçün.
Darıxmaq hissi... Bu hiss sözlə ifadə oluna
bilməyəcək qədər böyük bir duyğudur. Hələdə bir
daha gəlməyəcəyini bilə-bilə darıxmaq. Bir daha
onu görməyəcəyini bilə-bilə darıxmaq. Bax bu
tamam ayrı bir hisdir.
Artıq 1 həftə idiki Elmarda gəlmişdi xaricdən.
Suda çox qaldığı üçün ağ ciyərlərində problem
var idi. Buna görə özəl xəstəxanaya
yatırmışdılar. Aygündə bir neçə dəfə görməyə
getmişdi onu. Elmar Pərvinin ölümünü qəbul edə
bilmirdi. Depresyada idi sanki.
Elmarın anası: Axrıncı dəfə belə Yaqutun
ölümündən sonra olmuşdu. Çox uzun müddət
çəkmişdi depresyadan çıxmasın. Off hardan
gəldi bu müsibət başımıza. Qızım, sən çalış
yanından ayrılmayasan. Sən ona mənəvi dəstək
ol. Lazım gəlsə zəng edib ananlada danışaram.
Sən Elmarın sevdiyisən. Bizimdə qızımız
sayılarsan. Nə olar tək buraxma onu.
Aygün: Yox, mən onu heç vaxt tək buraxmaram.
Narahat olmayın siz. Anamında xəbəri var
olanlardan. Narahat olmayın onu tək
buraxmaram.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев