Bölüm 37.
•
• " Dünya yenidən onu qucaqlayıb: Pərvin nə olar buraxma məni nə olar. Pərvin: Dəliimm, sən istəsəndə səni buraxan yoxdu.
Məzara biraz daha yaxınlaşıb tək kəlimə pıçıldadı: Yalançısan!
Camal və Aysu onu məzarın üstündən qaldırıb maşına doğru apardılar. Artıq evdə idilər. Səhərdən hər kəs zəng etmiş baş sağlığı vermişdi. Nailə bibidə zəng etmişdi. Amma baş sağlığından çox sanki intiqam üçün.
Dediyi " Dünya Namiqi nə hallara saldı. Vallah biz deməklə deyilki Allah görür. Bilir kimi necə etmək lazımdı" cümlələri Vəfa xanımı hövsələdən çıxarmışdı. Nailə ilə dalaşıb telefonu söndürmüşdü. Bundan Dünyanın xəbəri olmamışdı. Hər kəs çox yorğun idi. Aygün və Aysugil artıq öz evlərinə getmişdilər. Dünya anasının yanına gəldi. Anası qızının ağlamadığı üçün sevinirdi. Düşünürdüki yəqin qəbul edib bu olanları. Buna görə olduqca Dünya ilə hər zamanki kimi rəftar etməyə diqqət edirdi. Üstünə getmək istəmirdi.
Dünya: Ana, olar biz bu gün Damlagilə gedək?
Vəfa xanım: Yox qızım. Orda nə işiniz qalırıqda burda.
Dünya: Ana başa düş. Tək qalmağa ehtiyacım var. Nə olar.
Vəfa xanım: Qızım axı səni necə buraxım tək?
Dünya: Tək deyiləmki. Damlada var.
Vəfa xanım: Yaxşı atanla danşım sonra. - Vəfa xanım Cavid bəylə danışdı. Damlanı çağırıb Dünyadan muğayyət olmasını söylədilər. Axşama yaxın Cavid bəy Dünya və Damlanı Damlagilin evinə apardı. Dünya evə girər-girməz otağa qalxıb yatmağa başladı. Damla tez-tez otağa girib ona baş çəkirdi. Hər baş çəkdiyində isə Vəfa xanıma zəng edib onu xəbərdar edirdi.
Dünya isə hələdə olanlara inanmaq istəmirdi.
"Ah yandım ben Allahım
Buna can dayanmaz.
Al onu getir geri,
Bir daha vermeyeyim
Al onu ver bana geri"
Saat 06:35. Dan yeri təzəcə sökülürdü. Bu gün Dünya ilə Pərvinin toyu günü idi. Dünya pəncərənin qarşısında oturmuş eləcə çölü seyr edirdi. Səhər-səhər uçuşan quşlar, insanı üşüdən sərin meh. Məhəllələrindən keçən bir maşında məhşur türk müğənnisi "İzelin-Ah yandın" musiqisi səslənirdi. Bu musiqi Dünyanın ürəyinə toxunmuşdu. Dərin bir köks ötürüb ayağa qalxdı. Otağın digər ucunda yerləşən qarderoba yaxınlaşdı. Qarderobun orta gözünü açdı. Dibdə yerləşən böyük qutunu içəridən çıxarıb yatağın üzərinə qoydu. Qutunu açmağa cəsarəti çatmırdı sanki. Bir müddət sonra qutunun qapağını açdı. Bu onun bu gün toyunda geyəcəyi gəllinlik idi. Əlləri əsə-əsə gəlinliyi qutudan çıxardı. Gəlinliyi aldığı gün ağlına gəldi. Pərvinlə olan şirin davaları. Satıcının gülümsəyən gözlərlə onlara baxması. Zaman necədə su kimi axırdı. Gəlinliyi geyinib aynanın qarşısına keçdi. Bir müddət durub donuq ifadə ilə özünə baxdı. Qısa müddət sonra otağın qapısını açıb çölə çıxdı. Damlanın səs-sorağı yox idi. Ağır addımlarla pillələri enib salona gəldi. Damla divanda yuxuya qalmışdı. Dünya ona əhəmiyyət vermədən qapını açıb çölə çıxdı. Çölün sərin havası ona təsir etmirdi sanki. Biraz yeridikdən sonra yanından keçən taksiyə əyləşərək gül mağazasına sürməsini söylədi. Mağazanın qarşısına çatdıqda Dünya soyuq tonla: 2 dəqiqə gözləyin gəlirəm.-deyib taksidən endi. Hər kəs maraqla bu gəlinlikdəki qıza baxırdı. Gül mağazasından bir buket bağladıb çıxdı. Taksi onu gözləyirdi. Taksiyə əyləşib: Qəbiristanlığa sürün zəhmət olmasa.-dedi. Və artıq gəlib çatmışdı. Dünya eləcə qəbiristanlığın girişinə baxırdı. Arada gözü qaralır, sanki yıxılacaqmış kimi hiss edirdi. Dərin bir köks ötürüb taksidən endi. Çox yavaş addımlarla gəlib Pərvinin qəbrinin yanına çatdı. Gülü qəbrinin üzərinə qoydu. Əyilib əvvəl onun baş daşını öpdü. Sonra torpağından bir ovuc götürüb qoxusunu içinə çəkdi. Özüdə yavaş-yavaş əyilib onun qəbrini qucaqladı. Ürəyi yanırdı. Amma gözündən bir damla yaş düşmürdü. Bir müddət sakitcə belə qaldı. Artıq dözə bilmirdi. Bu 3 günü içində saxladığını qusmaq, içini boşaltmaq istəyirdi.
Dünya: Pərvin, mən gəldim. Bax bu gün bizim toyumuzdu. Elə bildin tək qoyacam səni burda? Bəysiz toy olar heç? Oyan gedək. İnsanlar bizi gözləyir. Qalx. Eşidirsən məni? Səninləyəm Pərvin! Oyan. Qalx nə olar oyan. Bəs məni buraxmayacaqdın hə? Noldu sənin andına? Sən andlarını bu cür tutursan? Niyə buraxıb getdin məni? Niyə məni sənsizliklə cəzalandırdın? Bu cəza çox ağır oldu axı. Mən dayana bilmirəm. Eşidirsən?Bunu qaldırmağa gücüm çatmır mənim.Niyə mənidə özünlə aparmadın?- deyib bir müddət susdu.
Dünya: Hər kəs bizi gözləyir. Oyan gedəkdə nə olar. Sənə yaraşmır belə yatmaq. Qalx nə olar. Məni buraxa bilmərsən, qalx. - gedərək nəfəs almaqda çətinlik çəkirdi. Dərin bir nəfəs alıb sözünə davam etdi: Axı o gün nə danışırdıq səninlə? Restoranda bizi gözləyirlər. Sən insanları burda yox, toyda, toyumuzda qarşılamalıydın. Pərvin yalvarıram oyan.-artıq neçə günün sonunda gözündən yaş axırdı Dünyanın.
Dünya gülü əlinə alaraq: Bax, mən hazır gəlmişəm. Gəlinliyimidə geymişəm. Yadında icazə verməmişdim gəlinlikdə görəsən məni. Bax indi gəlinlikdəyəm. Oyan gör məni Pərvin nə olar. Olmur axı belə. Sən cığallıq edirsən. Bu gün sən gələcəkdin mənim ayağıma mən yox!. Bu gün sən mənə gül verəcəkdin Pərvin. Mən yox. Bizə bu gün hər kəs xoşbəxtlik arzulayacaqdı baş sağlığı yox Pərvin! -deyib əsəblə gülü yerə çırpdı.
Dünya: Mən.. mən istəyirdim bütün hərkəs bilsinki bu gün mənim toyumdu. Bəs nə oldu? Sizin maşınların siqnal səsi bütün məhləni bürüyəcəkdi? Hanı? Hə? Hardasan indi sən! Axı niyə məni bu vəziyyətdə buraxıb getdin! Heç sevmədin məni? Hə? Heç sevmədin? Sən hələ öz gəlinini görməmisən. Sən hələ məni sənin üçün aldığım bu gəlinlikdə görməmisən. Hara gedirsən hə? Haraaaa?????
Payız artıq öz üzünü göstərirdi. Havanı qara buludlar almışdı. Şimşək çaxırdı. Görünür yağış yağacaqdı.
Dünya isə hıçqırıqlara boğulmuşdu: Nə olar oyan, Pərvin yalvarıram oyan. Dözə bilmirəm mən. Sənsizliyi qəbul edə bilmirəm. Sənsiz yaşaya bilmirəm!-Dünyanın ah nailəsi ortalığı bürümüşdü. Artıq yağış yağmağa başlamışdı.
Dünya ilə yanaşı məzarlıqda başqa insanlarda var idi. Bunlardan biri 27 yaşlarında gənc bir oğlan idi. Yağışın yağdığını görüb çıxışa doğru yönəldi. Bu zaman kənardan gələn səsə ayaq saxladı. Bu fəryad bu fəğan onun diqqətini çəkdi. Səs gələn tərəfə yaxınlaşıb uzaqdan olanları seyr etməyə başladı. Qar bəyazı gəlinliyi palçığa bulanmış bir qız məzarın üstünə çökmüş ağlayırdı. Bu mənzərə ona qeyri adi gəldi. İstəmədəndə olsa onu izləməyə davam etdi. Dünya yumruğunu sıxıb arada torpağa vururdu.
Dünya: Axı hara getdin? Pərvin sən mənim nəfəsimsən. Mənim nəfəsim. Mən indi nəfəssiz necə yaşayım? İnsan nəfəssiz necə yaşayar? Nə olar, nə olar məni nəfəssiz buraxma. Bax boğuluram. Nəfəs ala bilmirəm mən Pərvin.-deyib hıçqıraraq ağlamağa davam etdi: Pərvin səni sevirəm. Mən səni sevirəm. İnsan sevdiyinin yoxluğuna necə dayanar? Gücüm yoxdu mənim. Sənsizliyin üstəsindən gələcək qədər güclü deyiləm mən. Nə olar gəl. Qoyma məni sənsiz. Nə olar.
Gənc oğlan yağışın gücləndiyini görüb "yəqin oda qalxar indi" deyib qəbiristanlıqdan çıxdı. Maşınına əyləşib sakitcə dayandı. Yağış, şimşək gedərək güclənirdi. Gənc oğlan buradan çıxıb getmək istəsədə ağlı Dünyada qalmışdı. Öz- özünə " axı niyə çıxmır qəbiristanlıqdan? " deyə düşünürdü. Dünya isə nə yağışı hiss edirdi nə tufanı. Onun qəlbindəki tufan heç də çöldəkindən az deyildi.
Damla yuxudan oyandı. Divandan qalxıb Dünyanın otağına qalxdı. Qapını açdıqda Dünyanı görmədi. İçinə bir qorxu düşdü. Təcili digər otaqlarada baxdı. Amma Dünya yox idi. Nə qədər səsləsədə cavab verən yox idi. Telefonu götürüb Vəfa xanıma zəng etdi.
Artıq gözləri qaralır, başı gicəllənirdi. İçinə bir soyuqluq gəlmişdi. Nəfəs almasını əngəlləyirdi bu soyuq. Dünya: Darıxıram sənsiz. Qoxun üçün darıxıram. Səsin üçün darıxıram. Sənin üçün darıxıram. Pərvin- artıq sözləri deməkdə çətinlik çəkirdi. Son söz " Mən səni çooooxx sevirəm. Yoxluğuna dayanmağa gücüm yoxdu. " deyib hönkürərək ağlamağa davam etdi. Və o an huşunu itirib qəbirin üstünə yıxıldı. Gənc oğlan isə marağını boğa bilməyib maşından düşdü. Qaçaraq Dünyanın olduğu yerə yaxınlaşdı. Gənc qızın səsini eşitmirdi. " Yağışın səsindəndir. " deyə düşünüb biraz daha yaxınlaşdı. Kənardan baxdıqda Dünyanın tərpənmədiyni gördü. Sürətlə yanına yaxınlaşdı. Gəlinliyi tamam palçıq olmuşdu. Onu qucağına aldı. Və məzarın üstündə yazılan ada baxdı. Maşına yaxınlaşdı. Çətinliklədə olsa arxa qapını açıb Dünyanı maşının arxa oturacağına uzatdı. Sükan arxasına keçib sürətlə xəstəxanaya sürdü.
Damla: Mən dünən gecədən baxırdım yatmışdı. Bilmirəm necə olub yuxu tutub məni.
Vəfa xanım: Yaxşı qızım sənin nə günahın. Bütün günah məndədi onu tək buraxmamalı idim.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев