f) Xızır (ə) arasında olan oxşarlıq.
Xızır (ə)ın elədiyi əməllərin hikməti Musa (ə)a özü izah etməyənə qədər məlum deyildi.
Qaim (ə.f)ın də qeybdə olmağının hikməti də bizlərə məlum deyil. Ancaq zühur etdikdən və özü o hikməti aşkar etdikdən sonra bilinəcək.
Adullah ibn Fəzl Haşimi İmam Cəfəri Sadiq (ə)dan nəql edir: Bu işin sahibinin qeybinin olması labüddür. Batilə tabe olanlar hamısı onda şəkkə düşəcəklər.
Dedim:
- Sənə fəda olum ən üçün?
Dedi:
- Bir işdən ötrüdür ki, onu sizə açıqlamağa bizə icazə verilməyib.
Dedim:
- Onun (ə.f) qeybinin hikməti nədir?
Dedi:
- Onun qeybinin hikməti, ondan öncə olan Allah höccətlərinin qeybində olan hikmətdir. Həqiqətən bunun hikmətinin cəhəti yalnız O (ə.f) zühur edəndən sonra məlum olacaq. Necə ki, Xızr (ə)ın gəmini xarab etmsinin, uşağı qətlə yetirməsinin və divarın bərpa etməsinin hikməti Musa (ə)a ayrılıq vaxtı çatandan sonra aşkar oldu.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев