Bir dəfə Əmir Teymur sarayında insanları qəbul edir, onların şikayətlərini, istəklərini dinləyirmiş.
Saray qaydalarına görə gələnlər əmirin qarşısında diz çöküb onun ətəyindən öpürlərmiş.
Qəbulun sonuna yaxın qapılar açılır və içəri yaşlı bir kişi daxil olur. O, qaydalara uyğun olaraq başıaşağı yavaş-yavaş Əmirə yaxınlaşıb ayaqlarına qədər əyilmək istədiyində, Teymur üzündə böyük heyrət dolu bir ifadə ilə cəld hərəkətlə qocanın qolundan tutur, onun əyilməsinə, ona təzim etməsinə mane olmaqla kifayətlənməyib özü qocanın titrəyən əlindәn öpür və hörmətlə onu öz taxtında əyləşdirir.
Saray əhli bu gördükərindən heyrətə gəlmişdi. Hər kəsi ayaqlarına qədər gətirib təzim etdirən Teymurun görünməmiş ehtiramla qarşıladığı bu qoca kim idi? - sualı onları düşündürsə də soruşmağa kimsədə cəsarət yox idi.
Teymur özü buna bir aydınlıq gətirir və qocanın qarşısında baş əyərək:
"Bu kişi mənim müəllimimdir", - deyә söyləyir..
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Комментарии 3