Предыдущая публикация
_Bəndənin Tanrıya küs olduğunu,
_Həyatın nə qədər pis olduğunu,
_Səni başqasıyla görəndə bildim.
_Yerim məzar imiş, gor imiş mənim,
_Beynim duman imiş,tor imiş mənim.
_Sən demə gözlərim kor imiş mənim,
_Səni başqasıyla görəndə bildim.
_Gərək hislərimə çəkəydim sərhəd,
_O zaman olmazdı günəşim zülmət.
_İnsanı nə hala salır məhəbbət,
_Səni başqasıyla görəndə bildim.
_Sevgi ağacının dərdi nübarmış,
_Göz yaşım sevginin kökün suvarmış.
_Sevgidən nifrətə bir addim varmış,
_Səni başqasıyla görəndə bildim.
_Bu necə taledir,bu necə qismət?
_Özgəsin sevmisən əzəldən əlbət.
_İnsanın qəlbini didir xəyanət,
_Səni basqasıyla görəndə bildim


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1