Zilqədə ayının əvvəlindən başlayan 40 gün çillə baharı.
Ayətullah Cavadi Amuli:Hər ilin başlanğıcında insan çillə saxlaya bilə r.Bu çillənin də baharı 40 gündü r.Bu da Zilqədənin əvvəlindən Zilhiccənin 10 qədər olan vaxtdı r.Bu günlərdə insan qarnını,haramlardan qorumalıdır.Dilini layiq olmayan sözlərdən qorumalıdır.Gözünü pisliklərdən qorumalıdır.Belə olduqda,başqa işlər də yoluna düşəcəkdir.İnsan dilini və gözünü qorumağa çalışsa haramlara getməyə fürsəti olmayacaq!
Həmçinin,böyük alim Həzrət Ayətullah Cavad Amuli bu 40 gün haqqında belə buyurur:"Zilqədənin əvvəlindən Zilhiccənin 10 a qədər olan 40 gün,Həzrəti Musa (ə)ın çillə saxladığı 40 gün kimidir.Bu iş çillə saxlamağın baharıdır.Həzrəti Musa (ə) 40 gecə- gündüz,Allahın qonağı olması haqqında Əraf surəsinin 142 ci ayəsində belə buyurulur:"Biz Musaya,30 günü vəd etdik və onu 10 ilə tamamladıq.Beləliklə onun Onun Rəbbinin qərarlaşdırdığı zaman,40 gecəyə tamamlandı"(Ona xüsusi görüş vədəsi verdik.Beləliklə bizim görüşümüzə gəlmək qərarı 30 gün idi.Sonra da 10 gün əlavə etdik.Beləliklə 40 günlük bir yola çıxdı)
İstədiyimiz başqa xətmləri də edə bilərsiniz.Çox yaxşı olar ki,etdiyimiz xətmin savabını da zamanımızın İmamına (ə.f) hədiyyə edək.Zilqədə çilləsini saxlamaq üçün deyilən zikrlərdən biri də aşağıdakı zikr və surələri oxumaq məsləhət görülür:
1.Fəcr,Fəth,Muhəmməd surələri.
2.Camieyi-Kəbirə,Camieyi-Səğirə
,3.Gündə 1.000 dəfə Lə iləhə İlləllah zikri demək,
4.Gündə 350 salavat demək,
5.Gündə 303 dəfə Ya Bəsir (Ey hər şeyi görən)
6.İsra surəsi 80 ci ayəni 100 dəfə demək.(Qul Rəbbi ədxilmi mudxələ sidqin vəəxricni məxrəcə sidqin,vəcəlni min lədunkə sultanən nəsira)
7.Gündə 70 dəfə İstiğfar demək,
8."Varis"ziyarəti və "Kisa"hədisi,
9.Aşura ziyarəti,Taha surəsi,
10 Çoxlu Quran oxumaq.
İltimasi dua.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев