Yeni doğulan uşaq üçün nələri etmək müstəhəbdir?
Cavab:
Yeni doğulan uşaqı zərərdən qorunduğu halda yuyundurmaq və hədislərdə (uşaqın) qovulmuş şeytandan qorunması üçün gələn sağ qulağına azan sol qulağına isə iqamə demək müstəhəbdir. Həmçinin fərat çayının suyu və Həzrət İmam Hüseynin (əleyhissalam) türbətindən uşaqın ağzına sürtmək (dadızdırmaq) müstəhəbdir. Uşaqı gözəl adlar ilə adlandırmaq müstəhəbdir hansı ki, hədislərdə bunun atanın üzərində haqq olaraq gəlməsi gəlibdir: "Adların ən doğrusu Allaha bəndəçiliyi bildirən (məs: Abdullah, Əbdurrəhman və s) adlar və ən xeyirlisi isə Peyğəmbərlərin (saləvəətullahi ələyhim əcməiin) adlarıdır".¹ İmamlarında (əleyhimussəlam) adları buna aiddir. Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) buyurmuşdur: "Hər kimin dörd övladı olarsa onlardan birinə mənim adımı qoymazsa mənə cəfa (kobudluq) edibdir".² Uşaqın adı Muhəmməddirsə onu Əbul-Qasim ilə künyələndirmək məkruhdur necə ki, İmamların (əleyhimussəlam) düşmənlərinin adi ilə adlandırmaq məkruhdur. Uşaqı yeddinci günü başın qırxmaq saçının ağırlığı miqdarında qızıl ya gümüş sədəqə vermək müstəhəbdir. Uşaqın başının bir hissəsini qırxıb digər bir hissəsini saxlamaq məkruhdur.
السؤال:
ما هو المستحب القيام به للمولود؟
الجواب:
يستحب غَسلُ المولود عند وضعه مع الأمن من الضرر، والأذان في أذنه اليمنى والإقامة في اليسرى فإنّه عصمة من الشيطان الرجيم كما ورد في الخبر، ويستحب أيضاً تحنيكه بماء الفرات وتربة الحسين (عليه السلام)، وتسميته بالأسماء المستحسنة فإنّ ذلك من حقّ الولد على الوالد، وفي الخبر: (إنّ أصدق الأسماء ما سمّي بالعبوديّة، وخيرها أسماء الأنبياء صلوات الله عليهم أجمعىن)، وتلحق بها أسماء الأئمّة (عليهم السلام)، وعن النبي (صلى الله عليه وآله) أنّه قال: (من ولد له أربعة أولاد ولم يسمّ أحدهم باسمي فقد جفاني)، ويكره أن يكنّيه أبا القاسم إذا كان اسمه محمّداً، كما يكره تسميته بأسماء أعداء الأئمّة (صلوات الله عليهم)، ويستحبّ أن يحلق رأس الولد يوم السابع، وأن يتصدّق بوزن شعره ذهباً أو فضّة، ويكره أن يحلق من رأسه موضعاً ويترك موضعاً.
📕¹Şeyx Səduq (r.ə), "Məanil-Əxbar", səhifə 146.
📕²MerhabaHurr Amili (r.ə), "Vəsailuş-Şiə", cild 15, səhifə 126.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев