Yenə qonağınam sənin…
Görünür darıxmısan yaman,
Bağışla özüm günahkaram.
Vəfasızınam sənin ...
İnan ki bu ruhum sənə can atır,
Ürəyim səndə rahatlığın tapır...
Gələ bilməsəm belə yanına,
Hər gün sən gəlirsən yadıma.
İllər əvvəli necə idimsə,
Bir fərq yoxdur indi də.
Yenə həmin ağır insan...
Dərdi-səri dolub daşan.
Və Sən...Yenə sən dostum !
Sən də dəyişmirsən heç...
Və Sən...Mənim dostum,
Çoxuna həmdəm oldun !
Artıq şikayətlərim yox olub,
Daha mənası itib hər şeyin.
Bu can hər kədərə doyub,
Davasın aparım axı nəyin ?!
Mən də istəməzdim bunları...
Gözdən axan yaşları,ağrıları,
Hər şeydən soyumağı,əzabı,
Tək ölümü arzulamağı...
Həyatın o xoş tərəfinə,
Bağlıdı qapılar üzümə...
Nə edim axı başqa , nə?!
Yaşam üz çevirib mənə.
Dedim mən də yormayım səni,
Amma danışdım yenə dərdimi...
Sağ ol dostum dinlədin məni,
Çox sağ ol xoş etdin sınıq qəlbimi.
Bəlkə bir də gəldim şad xəbərlə,
Bəlkə heç görmədin məni yenə...
Əlvida demək istəmirəm sənə,
Hələlik hər kəsdən uca dənizim..!
müəllif : ƏSMƏR QULAMLI
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 18
Baxmaga deyer
https://www.youtube.com/watch?v=x-x6A8FzuZ4&lc=UgyVY9a03StwehDRURF4AaABAg