Bir gün yuxuma gəlsən. . .
Sənə olan həsrətim getsə bir anlıq.
Düşünsəm ki,sən də sevirsən,
Ürəyimdəki yaram getsə bir anlıq.
Bir gün mənimçün bir yuxu olsan,
Həyata doysam o yuxuyla mən...
O hisslər ki var qəlbimə dolan,
Onlara xatir sevirdim mən.
Yuxu-bir başqa dünya,bir başqa aləm.
Nə sən varsan burda,nə də mən...
Sadəcə düşünürəm,bir yuxu olsan,
Bütün yuxuları qurban verərəm.
Nə xoşbəxtəm xoşbəxtlər kimi,
Nə də bədbəxt deyirəm özümə.
Buz kimi qəlbimlə,saxta gülüşlə,
Biruzə vermədim dərdimi kiməsə.
Həyat bəlkə də çox şeyi aldı məndən,
Sən adlı bir xatirə yazdı ömrümə.
Gecələr yuxuya,gündüz günəşə,
Həsrət qoyub,üzdü əlimi səndən.
Yuxu kimi yadımda qalmısan...
Yavaş - yavaş itir izlərin.
O duyğular,hisslər yada düşdükdə,
Ürəyim qan ağlamır artıq..!
Şiriniylə,acısıyla gördüm yuxumu,
Heç oyanmaq da istəmədim...
Açığa çıxdıqda o gərçəy üzün,
Bu qədər saxtalığa dözə bilmədim.
Oyandım o yalan dolu yuxudan,
Artıq nə sevgi istərəm,nə bir xatirə.
Məhv etdin...Qatil çıxdın sevgimə.
Sənə bağlanmışdım ən dərin hisslərimlə,
Yaxşı ki, gərçək deyildi...
Bir yuxuydu. . .Ayıldım mən də..!
MUELLIF : Esmer Qulamli
#новости
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 16