s) HAQQINDA HƏDİSLƏR
1-"Hüseyn məndəndir, mən də Hüseyndənəm;
Hüseyni sevəni Allah sevsin."
2-Rəsulullah (s.ə.s) bir gün İmam Hüseynin
əlindən tutaraq belə buyurdu:
"Ey camaat! Bu Hüseyn min Əlidir; Onu tanıyın;
canım əlində olan Allaha and olsun ki Hüseyn
cənnətdədir, Onu sevənlər də cənnətdədir, Onu
sevənləri sevənlər də cənnətdədir."
3-"Kim cənnət gənclərinin əfəndisinə baxmaq
istəyirsə, Hüseyn min Əliyə baxsın."
4-"Hüseyn məndəndir, mən də Hüseyndənəm.
Hüseyni sevəni Allah sevər."
5-Kim, göy əhli üçün yer üzü əhlinin ən seviləninə
baxmaq istəyirsə, Hüseynə baxsın."
6-"Hüseyn məndəndir; o mənim oğlum və övladım,
qardaşından sonra insanların ən üstünüdür; o
Müsəlmanların İmamı, möminlərin mövlası,
aləmlərin Rəbbinin xəlifəsidir; kömək diləyənlərin
köməyinə qaçan, sığınacaq axtaranların
sığınacağı və Allahın yaratdıqlarına olan
hüccətidir; o, cənnət gənclərinin əfəndisi və
ümmətin babıdır (qapısıdır); onun əmri mənim
əmrim; ona itaət mənə itaətdir; ona uyan
məndəndir; ona üsyan edən məndən deyil."
7-"Bir gün Peyğəmbər (s.ə.s), Hüseyn(ə.s)i
qucağına oturdaraq belə buyurdu: "Hüseynin
şəhadəti üzərə möminlərin ürəyində bir eşq
vardır, o eşq əsla soyumaz."
Sonra buyurdu ki: "Atam, hər gözyaşının sonu
olana (Hüseynə) fəda olsun."
Ey Rəsulullahın nəvəsi, hər gözyaşın sonu nədir?
Dediklərində; "Onu anan hər mömin, mütləq ağlar"
buyurdu.
8-Bəra Min Azıb deyir ki: Rəsulullahı (s.ə.s)
Hüseyni (kürəyində) daşıyarkən gördüm, belə
buyurmaqda idi: ‘'Allahım! Mən onu sevirəm sən də
sev.''
9- Həsən və Hüseyn Cənnət Gənclərinin
əfəndiləridirlər. Ataları isə onlardan daha
üstündür.
10- Həsən və Hüseyn Cənnət Gənclərinin
əfəndiləridirlər.
11- Cəlaləddin Siyuti, İbrahim və Zeyd ibni
Ziyaddan nəql etmişdir ki: "Səma tək Hz. Yəhya
peyğəmbər (ə.s) və İmam Hüseyn (ə.s) üçün
ağladı. Ağlaması isə onda olan qırmızılıqdır. Hz.
Yəhya (ə.s) öldürüldüyündə, səma qırmızılaşdı və
göydən qan damladı; Hz. Hüseyn (ə.s) də
öldürüldüyündə, səma qırmızılaşdı."
12- İmam Cəfər ibni Məhəmməd (ə.s):
"Hz. Hüseynin (ə.s) qəbiri ətrafında dörd min
mələk (bir başqa rəvayətə görə isə yetmiş min
mələk) toza bulanmış və qəmli bir halda qiyamətə
qədər Hz. Hüseynə (ə.s) ağlayacaqlar."
13- İbni Əbi Ziyad belə rəvayət etmişdir:
"Bir gün Rəsulu Əkrəm (s.ə.s), arvadı Aişənin
evindən çıxıb, qızı Hz. Fatimənin (ə.s) evinin
qarşısından keçərkən oğulu İmam Hüseynin
ağladığını eşitdi. Cənabı Fatiməyə (ə.s)
"Bilməzsənmi ki Hüseynin ağlayışı məni incidər."
deyə buyurdu."
14- İbni Abbas, Allah Təalanın Rəsulullaha (s.ə.s)
belə vəhy etdiyini nəql edir:
"Yəhya ibni Zəkəriyyənin qanı üçün yetmiş min
adam öldürdüm; Hüseynin qətli üçünsə bunun iki
misli adam öldürəcəyəm."


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1