Tərk etsən əgər bil ki,Cəhənnəmdə yanarsan.
Şeytan səni aldatmadadır dərk elə insan.
Yoxdur namazın,harda görülmüş belə iman?
Sən söylə,əməlsiz sayılırsanmı müsəlman?
Bilməm nə zaman sən bu yalannan usanarsan?
Birdən desəm Allaha inan,tərk elə şirki.
Allah özü Quranda xəbərdarlığ edir ki,
Kafirlər üçün ayələrin fərqi nədir ki.
Gözmuncuğuna,falçıya ancağ inanarsan.
Fəxr etmə bu dünyada günahkar,günahınla.
Et tövbə vidalaş,nə qədər var günahınla.
Saysız və hesabsız,açığ-aşkar günahınla,
Allahın hüzurunda nə üznən dayanarsan?
Şeytanla vuruşmaq sənə olduğca qəlizdir.
Tapşırdı uzundur gecə yat,yat hələ tezdir.
Yatmaq sənə yəqin ki,namazdan da əzizdir,
Olmaz xəbərin,sübhə çaşarsan oyanarsan.
Allah sənə bildirdi dəlillər açıq-aydın
Inkar eləyib fitnə-fəsad hər yana yaydın
Dünyada ikən görmədin haqqı heçə saydın,
Məhşər günü korlar kimi mütləq yaranarsan.
Misralarımın hər biri qəlbimdəki səsdir.
Söylər mənə insanları İslama tələsdir.
Ey cahil adam,sanma bu tənqidlər əbəsdir,
Yazdım ki,görərsən,oxuyarsan,utanarsan.


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 5