Hicab – mənim kimliyimdir.
Hicab – mənim məxsusiliyimdir.
Hicab – mənim itaətimdir məni yaradanın
əmrlərinə.
Hicab – mənim təslimiyyətimdir.
Hicab – mənim imanımın işarəsidir.
Hicab – mənim dinimdir.
Hicab – mənim əqidəmin zərurətidir.
Hicab – mənim “mən” olmağımdır.
Hicab – mənim var olmağımdır, eyni zamanda
yox olmağımdır – Onun sözü
qarşısında nəfsimin yoxluğudur.
Hicab – mənim şeytanla döyüşdə qalxanımdır,
qılıncımdır.
Hicab – mənim “kəlməyi-şəhadət”imdir.
Hicab – mənim şəxsiyyətimdir.
Hicab – mənim ixtiyarımdır.
Hicab – mənim qadınlıq qürurumdur.
Hicab – mənim üçün iffət simvoludur.
Hicab – mənim zəfərim, qalibiyyətimdir,
zamanın yalnış tələblərinə.
Hicab – mənim zamanın axarında qərq
olanlara “Dayan!” nidamdır.
Hicab – mənim cihadımdır.
Hicab – mənim asanlığım deyil, çətinliyimdir-
axı çətinliklə qazanılan
daha dəyərlidir.
Hicab – mənim ağır yüklü dəyərimdir.
Hicab – mənim əxlaqi-zərurətdən doğan
məhdudiyyətimdir.
Hicab – mənim azadlığımdır – “azadlıq” şüarı
altında neçə minlərlə oyunların aləti olmağın
müqabilində.
Hicab – mənim xatırlamam və həm də
xatırlatmamdır yaradılana Yaradanı.
Hicab – mənim örpəyimdir.
Hicab – mənim təmizliyimdir yad baxışların
çirkinliyindən.
Hicab – mənim naməhrəmlər qarşısında
cismani pərdəmdir. Amma Allahla mənim
aramdakı pərdələri götürən məhrəmliyimdir.
Hicab – məni Onunla məhrəm edən
muxtariyyətimdir.


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев