Müaviyə Malikin şəhadət xəbərini eşitdiyi vaxt dərhal minbərə qalxdı ki, özü kimilərinə bu xoş xəbəri çatdırsın! O bu xütbəsində belə dedi: “Ey camaat, bilin ki, Əli (ə) ibn Əbi-Talibin iki əli vardı. Bu gün onun hər iki əli kəsilib və əlsiz qalıb. Onun bir əli Əmmar Yasər idi. Əmmar Siffeyn savaşında öldürüldü. Əlinin (ə) digər əli Malik Əştər idi. Bu gün onun ölüm xəbərini aldım. Sevinin, Əli əlsiz qaldı!”
Bəli, Müaviyə nadanlıq səbəbindən Malik Əştəri elə vəsf edir ki, onun sözləri Malikin məqam və şəxsiyyətini aşkarlayır. Müaviyənin Maliki “Əlinin (ə) ikinci əli” adlandırmasından mə’lum olur ki, alçaq düşmənlər də Malik Əştərin Əlinin (ə) ən yaxın və layiqli köməkçisi olduğunu bilirdilər.
Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi
Ayətullah-üzma Məhəmməd Fazil Lənkərani.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 4