Hər kəs başqasını rüsvay etsə, özü də rüsvay olacaq
Qiyamət
günü Rəsuli-əkrəm (s) Allahdan istəyəcək ki, xalqın hesabı çəkildikdə
onun ümmətini mələklərin, peyğəmbərlərin və digər ümmətlərin hüzurunda
mühasibə etməsin və onların eybləri görünməsin. Elə yolla onları
mühasibə etsin ki, Subhan Allahdan və Onun Peyğəmbərindən (s) başqa heç
kim onların günahlarından agah olmasın.
Allah onun cavabında buyurar:
“Ey mənim həbibim! Mən bəndələrimə səndən daha mehribanam. Sən onların
eyblərinin səndən başqasının yanında görünməsini istəmədiyin kimi Mən də
rəva görmürəm ki, onların eybləri hətta, sənin də yanında aşkar olsun.
Ona görə də Özüm təklikdə onların hesabına yetişəcəyəm. Belə ki, Məndən
başqa heç kəs onların səhvlərindən agah olmasın”.
Molla Məhdi Nəraqi
bu hədisi yazdıqdan sonra nəsihət verərək deyir: “Subhan Allah
bəndələrinin günahlarını örtməyə bu qədər inayət edirsə, bəs ey müxtəlif
növ günahlara, xətalara düçar olmuş çarəsiz! Hansı haqla Allahın
bəndələrinin eybini açırsan? Halbuki, sən özün də onlar kimi müxtəlif
eyb və xətalara mübtəlasan! Fikirləş və düşün ki, əgər bir kəs sənin
günahını, ya eybini camaatın yanında açsaydı, sən hansı hala düşərdin.
Bəs başqalarının eyblərinin ifşa olduqda keçirdikləri halı öz halınla
müqayisə et. Çünki hədislərdən, təcrübədən aydındır ki, hər kəs
başqasını rüsvay etsə, özü də rüsvay olacaq.
Bəs ey mənim dostum! Özünə rəhm et və Allahın eybləri örtməsi metoduna tabe ol, başqalarının eyb və xətalarını açma”.
Qaynaq: “Cameus-səadat”, c. 2, səh. 272.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев