Terrorçular insanları casusluqda ittiham ediblər.
İŞİD terror qruplaşmasının yaraqlıları İraqın Mosul şəhəri yaxınlığında aralarında hüquq-mühafizə orqanlarının əməkdaşları da olmaqla 80 nəfəri güllələyiblər.
ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə yerli Alsumaria telekanalı öz mənbələrinə istinadən məlumat verir.
“İŞİD terrorçuları polis əməkdaşları, hərbçilər və qruplaşmanın ideolagiyası ilə razılaşmayanlar da daxil olmaqla, 80 nəfəri Naynava şəhərinin mərkəzində
Əl-Qazlani hərbi düşərgəsinin ərazisində güllələyərək edam ediblər”, - anonimliyini saxlayan mənbə bildirib.
Onun məlumatına əsasən, terrorçular insanları casusluqda və İraq höküməti ilə əməkdaşlıqda ittiham ediblər.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Нет комментариев