Bir oğlan gəncliyin gözəl çağında Bir qızla rastlaşır sevda bağında Oğlan çox bəyənir həmin afəti Qıza qarşı olur ciddi niyyəti Toplayıb özündə biraz cəsarət Axırki eləyir qız iylə söhbət Sevdiyin bildirir o an canana Qız razılıq verir həmin oğlana Sevgili olurlar qız iylə oğlan Bir birinə qarşı olur mehriban Qızın məhəbbətin eşidən ana Başqa bir nişanlı tapır tez ona Bu acı xəbəri eşitdiyi an Tökərək göz yaşı ağlayır oğlan Gecələr yatmayıb qəlbin dağlayır Ümidini yalnız özü bağlayır Qızın toy gününün catır məqamı Xeyir ziyafətinə toplaşır hamı Oğlan o gün çəkir qüssə kədər qəm Götürüb əlinə kağız və qələm Qəlbindən keçəni yazıb kağıza Məktubu göndərir toyunda qıza Qız oxuyan anda baş verir nələr Yazıq qız canına yetirir xətər Özünə qəst edib boyanır qana Sevginin nə olduqun hiss edən ana Üzünü gözünü boyayır qana Torpağa tapşırır o öz qızını Tez yanıb tez sönən bəxt ulduzunu .
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Нет комментариев