Hacı Arif Buzovnalı
Gözü kordur başı eşqə qarışan arzuların,
Uçurumdan əli bərk-bərk yapışan arzuların.
Bu məhəbbət yəqin ən alisi, ən ülvisidir,
Həyat uğrunda ölümlə yarışan arzuların.
Nə odu, istisi, heç yanmağı da çox çəkməz,
Duyğusuzlar ocağında qızışan arzuların.
Arzu gerçək ola bilməz, odu ki, qatiliyəm
Küsülü taleyim ilə barışan arzuların.
Göz yaşım qəlbə axır, çünki suya həsrəti var
Gecə gündüz od içində çalısan arzuların.
O xumar,qəmli baxışlardır əsil dilmancı
Bu sükutun səsi ilə danışan arzuların.
Sən də dinməz dayanıb durma, axıt gözlərini,
Cavabın ver səni məndən soruşan arzuların.
Ümüdün çirkinə vaxtsız bulaşan duyğuları,
Yu qığılcım yağışında alışan arzuların.
Arifa, bilməsə də özgəsi, dostlar biləcək,
Qədrini bir necə beytə sığışan arzuların...
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев