Gürcüstanda və digər Qafqaz ölkələrində öz hökmranlğını təmin etmək istəyən ruslar bundan istifadə edərək Gürcüstan ətrafındakı digər əraziləri də işğal etməyə başlayırlar. Rusiyanın işğalçılıq müharibəsinə ilk müqavimət göstərən çeçen lideri Şeyx Mansur olmuşdur. Onun başçılığı altında çeçenlər 6 il (1785-1791) işğala qarşı mübarizə aparsa da sayca çox olan Rusiya ordusu Çeçenistanı işğal edə bildi. Çeçenlər ikinci dəfə Rusiya zülmünə qarşı milliyyətcə avar olan İmam Şamilin başçılığı altında qalxmışdır. Bu mübarizə daha uzunmüddətli olsa da (1834-1859) bu dəfə də uğursuzluğa düçar olmuşdur. Lakin 20-ci əsrin əvvəlində Rusiya imperiyasının zəifləməsi və dağılması ilə bərabər çeçen xalqı yenidən müstəqillik uğrunda mübarizəyə qalxır.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев