(Mişkatul-Ənvar, səh. 63 ) İmam Baqir (ə): Qiyam edəndə Kəbəyə söykənəcək və üç yüz on üç kişi onun ətrafında dövrə vuracaq. Deyiləcək ilk kəlmə, bu ayə olacaq: < əgər imanınız olsa < bəqiyyətullah > sizin üçün daha xeyirlidir.> Sona buyuracaq: < Mən < bəqiyyətullah>am, Onun sizin üzərinizdə olan höccət və canişini.> Ona salam göndərən hər bir kəs belə deyər: < Salam olsun sənə ey Allahın yer üzündə qalanı!> (Nurus-Səqəleyn, c. 2, səh. 392, hədis. 194) İmam Əli (ə): <Məhdinin köməkçiləri cavanlardır, onların arasında orta yaşlılar yalnız gözün sürməsi, yaxud müsafirin yol azuqəsi olan duz qədərdir.> (Biharul-ənvar, c. 52, səh 334) İmam Sadiq (ə): <Mütəal Allah onları cümə gecəsində (sabahı cüməyə açılan gecədə) bir yerə yığacaq, onlar cümə günü sübh çağı hamılıqla Məscidul-Həramda o həzrətə bey’ət edərək öz vəfadarlıqlarını bildirəcək, heç biri (bu işdən) imtina etməyəcəklər.> (Bişarətul-İslam, səh. 210; Dəlailul-imamət kitabından nəqlən. ) Əhməd ibni Hənbəl Peyğəmbəri-Əkrəm (s)-dən belə nəql edir: <Yaxındır ki, mütəal Allah sizin ətrafınızı əcəmlərlə doldursun; onlar meydandan qaçmayan şirlər kimidir, sizin düşməninizi və sizinlə olan qarşı tərəfi qətlə yetirəcək, sizin qənimətlərinizdən istifadə etməyəcəklər.> (Müsnədi Əhməd, c. 5, səh. 11) İmam Baqir (ə): <Həqiqətən, Qaim Zil-tuva dağı səmtindən 313 nəfərlə - Bədr döyüşündəki səhabələrin sayı qədər adamla aşağı enəcək, nəhayət Həcərül-əsvədə söykənəcək və Peyğəmbər (s)-in bayrağını qaldıracaq.> Əli ibni Həmzə deyir: Bu mətləbi İmam Kazım (ə)-ın hüzurunda dedikdə buyurdu: <(Bu) açılmış bir yazıdır!> (Biharul-ənvar, c. 52, səh. 306) Əbdül-Əzim Həsəni (ə)-dan belə nəql olunur: İmam Cavad (ə) dedim ki, ümüdvaram ki, Əhli-beytin Qaimi siz olasınız və yer üzü haqsızlıq və zülümlə dolduğu kimi, onu haqq-ədalətlə doldurasınız. Həzrət buyurdu: <Ey Əbəl-Qasim! Biz Peyğəmbər Əhli-beyti, hamılıqla Allahın əmrinə qiyam edən, Allahın dininə doğru hidayət edənlərik. Amma mən o Qaim deyiləm ki, Allah-taala onun vasitəsilə yer üzünü kafirlərin və inkarçıların iyrənc vücudlarından təmizləsin, yer üzünün hər bir yerini haqq-ədalətlə doldursun. Onun (Qaimin) təvəllüdü camaatdan məxvi qalacaq, özü də camaatın gözlərindən uzaqda olacaq və onu öz adı ilə çağırmaq haram ediləcəkdir. O, Peyğəmbəri-Əkrəmlə eyni adda, eyni künyədədir, yer onun ayaqları altına örtülüb keçəcək (teyyül-ərz edəcək), hər bir çətinlik ona asan olacaqdır... Onun Köməkçiləri Bədr səhabələrinin sayı qədər 313 nəfər olacaq və dünyanın ən ucqar yerlərindən gəlib bir yerə yığışacaqlar. Bu da Allah-taalanın buyurduğu aşağıdakı ayədir: <Hər yerdə olsanız, Allah sizin hamınızı bir yerə yığacaqdır; çünki O, hər bir işə qadirdir.> Bu sayda adam onun ətrafında cəm olan zaman zühur edəcək, köməkçilərinin sayı on min nəfərə çatdıqda Allahın izni ilə xüruc edəcək və Allah düşmənlərini o qədər qətlə yetirəcək ki, nəhayət mütəal Allah ondan razı olacaqdır.> (Əbdül Əzim deyir:) Mən dedim ki, ey mənim sərvərim! İmam Qaim Allahın razılığından necə agah olacaqdır? Buyurdu: <Çünki Allah onun qəlbinə rəhm salacaqdır.> (Biharul-ənvar, c. 52, səh. 157) İmam Baqir (ə): Əgər camaat Qaim qiyam edən zaman necə qırğınlar edəcəyini bilsəydi, şübhəsiz ki, onların çoxu onu görmək istərdi.. . Hətta insanların çoxu deyər: <O Muhəmməd Əhli-beytindən deyil, əgər Muhəmmədin Əhli-beytindən olsaydı rəhm edərdi.> (əl-Ğeybə, Nömani, səh. 204, hədis. 6)
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев