Предыдущая публикация
"Ey ayna! Sənə həsəd aparıram!
Çünki kim sənə baxsa, özünü
görər; mənə baxanlar isə, yalnız
məni görərlər!"
Ayna torpağa belə cavab verdi:
"Ey quru torpaq, nə bihudə bir
dərd ilə dərdlənmisən.
Bilmirsənmi ki?
Mən,mənə baxanların bu gününü
göstərərəm. Halbuki sən, sənə
baxanların sabahından xəbər
verərsən
… Bu cavab, torpağın xoşuna
gəlsə də, təkrar dedi:
"Aydındır ki,içimi rahatlaşdırmaq
üçündür bu sözlərin.
Söyləyə bilərsənmi mənə, sənə
baxanlar, heç dönüb bir də
baxarmı mənə?"
Və ayna torpağa acılı,ağrılı bir
təbəssümlə bunları söylədi:
"Heyfslənmə! Mənə baxacaq üzü
qalmayanların gözü, məcburi
sənə dönər!"
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев