İmam Əli (ə) bir gün səhabələri üçün bir məclisdə dinin mühüm məsələlərindən söhbət açmışdı ki, bu məslisdə 400 məsələni açıqladı.
İmam (ə) bu məsələləri açıqlayarkən "dua zamanı əllərimizi niyə göyə ucaldırıq?" sualını da səhabələri üçün cavablandırıb.
İmam Əli (ə) buyurub: "... Sizdən biriniz Allah-Taala qarşısında (namaz üçün) durduğunuz zaman - (sinənizi irəli verib) - belinizi düz saxlayın və əyilməyin. Namazı qurtardığınız zaman əllərini (dua üçün sinəsinə qaldırsın və) göyə ucaltsın, düz saxlasın və çox dua etsin...".
Bu zaman səhabələrdən biri soruşdu: Nə üçün dua edərkən üzümüzü və əllərimizi səmaya tərəf tuturuq, məgər demirik Allah-Taala hər yerdədir?
İmam Əli (ə) buyurdu:
"Vay olsun sənə! Məgər Quranda oxumamısan: "وَ فِي السَّماءِ رِزْقُكُمْ وَ ماتُوعَدُونَ" – "Sizin ruziniz və sizə vədə verilənlər göydədir!"
Ruzini öz yerindən başqa hardan tələb edəcəksən?!"
("Zariyat" surəsi, ayə: 22-23);
Mənbə: "Töhəful-üqul", s.118; "Əl-Xisal", s. 2/610 və 2/628; "Əl-Cəfəriyyat", s.38; "Fəqihu Mən La Yəhzuruhul Fəqih", Şeyx Səduq, 1/325/hədis:955; "Biharul-ənvar", 81/239);
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев